2022-ci ildə də bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər davam etdirilib.
Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 13 089 Hektarı Geri Qaytarılıb
FED.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”də bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin metodiki köməyi ilə görülən işlər nəticəsində bələdiyyələrdən əldə edilmiş məlumata əsasən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə təqribən 2 milyon manat çox vəsait daxil olub
Qeyd olunur ki, son 2 ildə yerli büdcələrə torpaq və əmlak vergisindən 6,5 milyon manata yaxın (2020-ci illə müqayisədə 50% çox) əlavə vəsait daxil olub.
Əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması üzrə bələdiyyələrlə metodoloji iş davam etdirilib. Nəticədə 2022-ci ildə 167 bələdiyyənin ümumilikdə 15 min hektardan çox torpaq sahəsini əhatə edən 1.836 icarə müqaviləsində icarə haqqı təqribən 552 min manat (1,8 dəfə) artıb. Ümumilikdə 2021-ci və 2022-ci illərdə 457 bələdiyyə üzrə 3.906 icarə müqaviləsində (34 min ha torpaq sahəsini əhatə edir) icarə haqlarının artımı 1,5 milyon manata yaxın (2 dəfə) təşkil edib. (Apa)