Bu il avqustun 1-nə Azərbaycanda 1 637 784 vergi ödəyicisi olub.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 4,8 % çoxdur.
Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, şirkətlərin sayı isə 7,4 % artıb.
İyulun sonuna ölkədə 198 371 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,1 % çoxdur.
Təkcə bu ilin 7 ayında 8 196 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,5 %-i yerli investisiyalı, 11,5 %-i xarici investisiyalıdır.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,8 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda olub.
Kommersiya qurumlarının 84,6 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,1 % təşkil edib.