Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış mənzil və obyektlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxslərə qaytarılması davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlər Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-cü ilin yanvar-iyul aylarında tikinti şirkətlərindən mənzil və obyekt alışı zamanı ödənilmiş ƏDV-dən alıcılara 17 milyon 693,3 min manat qaytarılıb.