2019-cu ildə notariat ofislərində əvvəlki illə müqayisədə 21 faiz çox – 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, eləcə də vətəndaşlıq vəziyyəti aktları üzrə 327 minə yaxın əməliyyat aparılıb.
Ədliyyə Nazirliyindən FED.az-a bildirilib ki, bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.
Notariat xidmətlərinin 45%-i “ASAN xidmət”də aparılıb.
Bundan başqa, ötən il elektron ədliyyə köşkü, “Mobil notariat”ın funksionallığı artırılıb, o cümlədən avtomobillər üçün etibarnamələrin elektron rəsmiləşdirilməsi başlanıb.