Zirinc Group
Əmək haqqı üzrə HR mütəxəssis
Son tarix 01 iyl 2023 - [email protected]
Əsas öhdəliklər:
- Bütün əməkhaqqı əməliyyatlarının dəqiq və vaxtında yerinə yetirilməsini təmin etmək üçün iş axınını idarə etmək;
- İşçilərin əməkhaqqı hesablamalarının qanun və qaydalara uyğun olmasını təmin etmək;
- Təsdiq edilmiş vaxt cədvəllərini nəzərdən keçirmək və düzgünlüyünü təmin etmək;
- Rəsmi və qeyri-rəsmi tabellərin hazırlanması;
- İşəgötürən tərəfindən ödənilən müavinətlərin düzgün şəkildə vergiyə cəlb olunduğuna əmin olmaq;
- Düzgün hesablanmanı və uyğunluğu təmin etmək;
- Əlavə istirahət günləri ilə bağlı ərizələri toplamaq, işçilərin yığılmış əlavə gün balansına nəzarət etmək;
- Xəstəlik məzuniyyətlərini, işsizlik və işçilərin kompensasiyalarını, həmçinin sosial təminat ödənişlərini hesablamaq;
- Bütün tutulmalı məbləğləri, nağd avansları və digər xüsusi əməkhaqqı ayırmalarını izləmək və çıxmaq;
- Əmrləri, protokolları hazırlamaq, sənədləri toplamaq və DSMF-yə göndərmək;
- İşçilərin müraciətləri əsasında əməkhaqqı ilə bağlı məktubları hazırlamaq;
- İşçilərin əməkhaqqı ilə bağlı sorğularına vaxtında cavab vermək;
- Əməkhaqqı ilə əlaqədar problemləri və ya sualları araşdırmaq, təhlil etmək və həll etmək;
- Yenicə verilmiş Əməkhaqqı ilə bağlı Xırda pullara dair hesabatları hazırlamaq;
- Maaş və məzuniyyətin hesablanması, əmr və hökumət hesabatlarının hazırlanması (Pensiya Fondu, Statistika, VERGİ hesabatı-aylıq, rüblük, illik) daxil olmaqla əməkhaqqının idarə edilməsi (yerli və əcnəbi işçilər);
- Dövlət Miqrasiya Xidməti üçün sənədlərin hazırlanması daxil olmaqla miqrasiya məsələlərinin monitorinqini aparmaq və dəstək göstərmək. Viza məsələlərində dəstək göstərmək;
- Şirkətin kompensasiya və müavinət siyasətlərini tətbiq etmək;
- İş saatı 09:00-dan 18:00-dək, həftənin 6 günü;
- Nahar ilə təmin edilir;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək
- Şirkət: Zirinc Group MMC ve Shazeli Group MMC
Tələblər:
- İqtisadiyyat və ya maliyyə və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- Əmək haqqı vəzifələrində minimum 1 il iş təcrübəsi;
- Əmək və Vergi qanunvericiliyini yaxşı bilmək;
- Ofis proqramları üzrə güclü kompüter bacarığı;
- Məxfi materiallarla həssas davranmaq bacarığı;
- Qərar qəbuletmə, problemi həlletmə və analitik bacarıqlar;
- Ünsiyyət qurma, təşkilati, çoxlu sayda tapşırıqları yerinə yetirmə və prioritetləşdirmə bacarığı.
Maraqlanan şəxslərin CV-lərini mövzu (subject) hissəsində " HR Payroll Specialist " yazmaqla e-poçt ünvanına göndərmələri xahiş olunur.