Ziraat Bank Azərbaycan
İnternet Bankçılıq üzrə Biznes analitik
Son tarix 01 iyn 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 3 il iş təcrübəsi;
- IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək və stress altında işləyə bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- SQL proqramlaşdırma dili üzrə biliklər;
- Funksional spesifikasiyanın yazılması və yaradılması;
- Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
- Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Tələblərin izlənilməsi;
- Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
- İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması və tətbiq olunması;
- Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını may ayının 31-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.