Xaqani Ticarət Mərkəzi
Mühasib köməkçisi
Son tarix 22 okt 2023 [email protected]
Vəzifələr:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək
- Bütün növ xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
- Hesablar, qaimələr, ödəniş tapşırıqlarını və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;
- Mövcud qaydalara müvafiq sənəd və materialları, eləcə də hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək
- Müqavilələri və digər sənədləri tərtib etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Xəzinədar vəzifəsinin öhdəliklərini yerinə yetirmək.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- İş təcrübəsi- 1 ildən çox
- MS office proqramlarını yüksək səviyyədə bilməli
- 1C proqramını yüksək səviyyədə bilməli
- Məsuliyyətli və işində dəqiq
- Təhlil və analiz etmə qabiliyyəti
- Ünsiyyətcil, təşəbbüskar;
- Ciddi, kollektivdə işləmə bacarığı olan
- Komanda şəklində işləməyi bacarmalı
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
İş vaxtı saat 9.00-18.00-dək , 5 günlük iş həftəsi
İş yeri Bakı şəhərində , mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib köməkçisi ” qeyd edərək öz CV-lərini email ünvanına göndərməyiniz xahiş olunur.
Təhlükəsizlik şöbəsinin rəisi
Son tarix 22 okt 2023 [email protected]
Öhdəliklər:
- İnsanların, ətraf mühitin, şirkətin vəsaitlərinin və imicinin qəsdən törədilən cinayət fəaliyyətindən, zərərli hərəkətlərdən və arzuolunmaz hadisələrdən qorumağı təmin edir
- Təhlükəsizlik üzrə Menecerə müəssisənin gündəlik mühafizə xidmətini təşkil və rəhbərlik etməkdə köməklik edir,
- Müəssisənin mühafizə olunan ərazilərinə mühafizə xidmətinə dair qaydalar və prosedurlar hazırlayır
- Müəssisənin iş ərazilərində effektiv mühafizə sisteminin qurulmasına və təkmilləşdirilməsinə dair təkliflər verir
- Mühafizə xidmətində baş verən pozuntular və nöqsanların araşdırılmasında iştirak edir və səbəblərini əşkar edərək mühafizə xidməti ilə birgə lazımı tədbirlər görür
- Mühafizə xidməti əməkdaşlarının iş yerlərində praktiki işini, postlarda prosedurlara nəzəri yiyələnmə səviyyəsini, iş təlimatlarını yoxlayır
- Fövqəladə hallar zamanı növbədə olan mühafizə xidmətinin əməkdaşlarına zəruri tədbirlərin görülməsində rəhbərlik edir
- Təhlükəsizliyə dair hadisələrin araşdırılmasında iştirak edir, hadisə yerində lazım olan təxirəsalınmaz tədbirləri həyata keçirir
Namizədə tələblər:
- Yaş həddi 35-45 aralığında olmalı
- Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi
- Hərbi qulluğu keçmiş olmalı
- Hər hansı bir idman növü ilə məşqul olmalı
- Ciddi, kollektivdə işləmə bacarığı olan
- Məsuliyyətli, stresə davamlı
- Ünsiyyətcil, təşəbbüskar
- Analitik yanaşma qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Təhlükəsizlik şöbəsinin rəisi” qeyd edərək öz CV- lərini e-mail ünvanına göndərməyiniz xahiş olunur.