Veysəloğlu Yaycılı Qardaşlar
Baş energetik
Son tarix 26 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisəni enerji təchizatı ilə təmin etmək
- Bütün ərazidəki elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək
- Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı, təmirinə və enerjinin qənaətlə sərfinə nəzarət etmək
- Elektrik quraşdırma üzrə texniki şərtləri razılaşdırmaq və təsdiq etmək
- İş yerində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihə və konstruktor sənədlərinə nəzarət etmək
- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq, zərurət yarandığı hallarda layihənin komanda üzvlərinə rəhbərlik etmək və təlim keçmək
- Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq
- Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası
Tələblər:
- Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi
- Yüksək gərginliklə işləmə bacarığı
- Yüksək idarəçilik bacarıqları
- Rus dili sərbəst, ingilis dili arzu olunandır
- MS office
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meyilli
- Etibarlılıq
- Stresə davamlı
Əlavə məlumat:
- Əmək haqqı razılaşma yolu ilə
- İş qrafiki: 5 gün
- İş yeri: H.Əliyev pr., Keşlə qəs., Ulduz Şokolad Fabriki
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır