Unitrade Group MMC
Bölgə müdiri (Regionlar)
Son tarix 29 apr 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Qida, qeyri-qida, içki məhsulların satışı
- Tabeliyində olan satış nümayəndələrinin və merçendayzerlərin fəaliyyətinə rəhbərlik etmək
- Satış hədəflərini yerinə yetirmək
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək
- Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması
- Bütün yeni layihələr haqqında müştəriləri məlumatlandırmaq
- Ticarət nöqtələrinin inkişaf etdirilməsi
Tələblər:
- Ali təhsil
- Ən azı 3-5 il rəhbər pozisiyasında iş təcrübəsi olmalı (satış sahəsində)
- Yaş: 30-40
- Şəxsi nəqliyyat olması mütləqdir
- İdarəetmə qabiliyyəti
- Ərazi biliyi
- Kreativlik, analitik bacarıq
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Aktiv və çalışqan
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı
- Yaşayış yeri: Göyçay, Şəki, Qəbələ üstünlük verilir
İş şərtləri:
- İş vaxtı 09:00 – 18:00 (5 günlük iş həftəsi)
- İstirahət: Şənbə/Bazar günləri
- Şirkət tərəfindən korporativ nömrə və digər ofis ləvazimatları ilə təmin olunur.
- İş yeri: Regionlar
- Əmək haqqı müsahibə əsasında təyin olunur.
- Yanacaq, amortizasiya və telefon xərcləri şirkət tərəfindən qarşılanır.
CV-lərinizi email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını “Bölgə Müdiri (Region)” qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaq.