"Ramco CJSC" işçi axtarır - MAAŞ 1684-2133 MANAT - VAKANSİYA
"Azersun Holding" işçi axtarır - VAKANSİYA
"SoftGile" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"Ceylan" MMC işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"ProMedia Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"Yapi Kredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA
"Div Academy" işçi axtarır - MAAŞ 600 MANAT - VAKANSİYA
Satış üzrə mütəxəssis axtarır - MAAŞ 400-600 MANAT - VAKANSİYALAR
Ramco CJSC
Smeta mühəndisi
Son tarix 02 iyl 2023 [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlükdür;
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq;
- Ehtiyyac olduqda müxtəlif bölgələrə ezamiyyətə getmək imkanı;
- Analitik düşüncə bacarığı;
- Təşkilatçılıq bacarıqları;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tender təklifilərinin hazırlanmasında birbaşa iştirak etmək, iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
- Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək, kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək;
- Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək, kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə təchizat şöbəsinə göndərmək;
- Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək;
- Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərinin siyahısını hazırlamaq, kirayə qiymətlərinin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək;
- İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyasını aparmaq;
- Bütün hesablamaları və maya dəyərinin yekun smetasının yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;
- Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq,bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq;
- Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq;
- Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1684-2133 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.