Rabitabank OJSC
Məhsul sahibi (Product Owner)
Son tarix 07 iyn 2025 - Müraciət et
Təsvir
“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin Kart Məhsulları üzrə Məhsul Sahibi (Product Owner) vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Agile yanaşmalar əsasında bankın kart məhsulları üzrə rəqəmsal həllərin yaradılmasına və inkişafına liderlik etmək. Müştəri ehtiyaclarına cavab verən, innovativ və bazarda rəqabətədavamlı məhsulları çevik komandalarla birlikdə planlamaq, formalaşdırmaq və tətbiq etmək.
Vəzifə öhdəlikləri:
- Kart məhsulları üzrə strateji yol xəritəsinin hazırlanması və prioritetləşdirilməsi
- Agile komandada Product Owner kimi fəaliyyət göstərmək, backlog-u idarə etmək və sprint planlamasında aktiv iştirak
- Müştəri ehtiyaclarını, bazar trendlərini və rəqabəti təhlil edərək yeni məhsul və funksionallıqların formalaşdırılması
- İT, UX/UI, marketinq, risk və hüquq komandaları ilə sıx əməkdaşlıq edərək məhsulun başdan sona çatdırılmasını təmin etmək
- A/B testləri, istifadəçi rəyləri və data əsaslı qərarlarla məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək
- Kart prosessinq sistemləri, loyallıq proqramları və tərəfdaş platformalarla inteqrasiya imkanlarını inkişaf etdirmək
- Rəqəmsal kanallar (mobil tətbiq, internet bankçılıq və s.) vasitəsilə kart xidmətlərinin artırılmasına yönəlik təşəbbüslər irəli sürmək
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması, İnformasiya texnologiyaları və s.)
- Bank və ya fintech sahəsində, kart məhsulları üzrə minimum 3 il təcrübə
- Agile/Scrum çərçivəsində Product Owner kimi iş təcrübəsi (Scrum PO sertifikatı üstünlükdür)
- Product lifecycle, UX əsasları və rəqəmsal məhsul inkişafı barədə biliklər
- Yüksək analitik düşüncə, təşəbbüskarlıq və qərarvermə bacarığı
- Jira, Confluence, Figma kimi alətlərlə işləmə bacarığı üstünlük sayılır
- Azərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (rus dili arzuolunandır)
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Məhsul sahibi (Rəqəmsal)
Son tarix 07 iyn 2025 Müraciət et
Təsvir
“Rabitəbank” ASC Prosseslərin Avtomatlaşdırılması və Rəqəmsallaşma Departamentinin Mikro və Biznes Məhsulları üzrə Məhsul Sahibi (Rəqəmsal) vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Agile yanaşmalar əsasında mikro və kiçik biznes (KOB) müştəriləri üçün bank məhsullarının – kredit, hesab, ödəniş və əlavə dəyər yaradan xidmətlərin – yaradılması, inkişafı və rəqəmsallaşdırılmasına rəhbərlik etmək. Komanda ilə birlikdə bazar tələblərinə cavab verən çevik, rəqabətli və müştəriyönümlü məhsulların formalaşdırılmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
- Mikro və KOB seqmentinə uyğun məhsul xəttinin formalaşdırılması və yol xəritəsinin hazırlanması
- Rəqəmsal kanallar üzərindən təqdim edilən mikro və biznes məhsullarının təkmilləşdirilməsi
- Product backlog-un idarə olunması, prioritetlərin müəyyən edilməsi və sprint planlaması
- Müştəri ehtiyaclarının və rəqəmsal davranışlarının təhlili əsasında məhsul inkişafı təşəbbüslərinin irəli sürülməsi
- Satış, risk, hüquq, İT, marketinq və xidmət komandaları ilə sıx əməkdaşlıq
- Data əsaslı qərarların verilməsi və məhsulun performansının daimi ölçülməsi
- Rəqəmsal kredit, biznes hesabları, POS və ödəniş məhsullarının inkişafına yönəlik layihələrin idarə olunması
- Fintech tərəfdaşları və daxili texnoloji komanda ilə birgə inteqrasiyaların təşkili
- Rəqib və bazar analizlərinin aparılması ilə innovativ həllərin təşviqi
Tələblər:
- Ali təhsil (Biznesin idarə olunması, Maliyyə, İqtisadiyyat, İT və ya əlaqəli sahə)
- Bank və ya fintech sahəsində, xüsusilə mikro/KOB məhsulları üzrə minimum 3 il təcrübə
- Agile metodologiyasında Product Owner kimi işləmə bacarığı (Scrum PO sertifikatı üstünlükdür)
- Rəqəmsal məhsullar üzrə biliklər və təcrübə – mobil bank, internet bankçılıq, onlayn kreditləşmə və s.
- Analitik düşüncə, təşəbbüskarlıq və istifadəçi mərkəzli dizayn yanaşması
- Jira, Confluence, Power BI və ya digər məhsul idarəetmə alətləri ilə işləmə bacarığı
- Azərbaycan dili – əla, İngilis dili – yaxşı səviyyədə (rus dili arzuolunandır)
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.