Mühasib-operator
Son tarix 13 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Daxil olmuş elektron qaimələrin yoxlanılması və sistemdə təsdiqlənməsi;
-
Təsdiq olunmuş elektron qaimələr üzrə sənəd toplusunun tamlığının təmin edilməsi;
-
Alınan mal və xidmətlər üzrə ödənişlər üçün əsas verən sənədlərin müəyyənləşdirilmiş qayda üzrə dövriyyəsinin təşkili;
-
Ödənişlərdən sonra toplanılmış sənədlərin təlimata uyğun olaraq eletron və kağız formasında arxivləşdirilməsi;
-
Kontragenntlər üzrə üzləşmələrin hazırlanması;
-
Rəhbərlik tərəfindən olunan hesabatların hazırlanması;
Tələblər:
-
Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
-
Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
-
Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
-
Analitik təhlil qabiliyyəti;
-
MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
-
1С 8.3. Proqramında işləmək bacarığı
-
BTP, texes.gov.az-da peşəkar işləmək bacarığı
Səriştələr:
-
Məsuliyyətli
-
Şəxsi inkişafa meylli
-
Pozitiv
-
Özünütəşkiletmə qabiliyyəti
-
Nailiyyət yönümlülük
-
Etibarlılıq
-
Dürüstlük
Əlavə məlumat:
-
Əmək haqqı razılaşma əsasında;
-
İş qrafiki: Beş günlük iş həftəsi
-
İş yeri: Baki şəhəri, Qafqaz Business Center
-
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Mühasib-operator” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əsas vəsaitlər üzrə mühasib
Son tarix 12 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
-
Əsas vəsaitlərin xüsusiyyətləri (marka, istehsal tarixi və s.) üzrə məlumatların dəqiq əks etdirilməsi
-
Əsas vəsaitlərin istehsalata və layihələrə yönəldilməsinə nəzarət etmək
-
Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
-
Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası (kvartal, il)
-
Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət
-
Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi
-
Kapital Məsrəfləri (CAPEX) hazırlanması
-
Əsas vəsaitlərin səmərəli istifadə olunması üzrə təkliflərin verilməsi
-
Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişi
-
Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək
Tələblər:
-
Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
-
Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
-
Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
-
Analitik təhlil qabiliyyəti;
-
MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
-
1С 8.3. Proqramında işləmək bacarığı
Səriştələr:
-
Məsuliyyətli
-
Şəxsi inkişafa meylli
-
Pozitiv
-
Özünütəşkiletmə qabiliyyəti
-
Nailiyyət yönümlülük
-
Etibarlılıq
-
Dürüstlük
Əlavə məlumat:
-
Əmək haqqı razılaşma əsasında;
-
İş qrafiki: Beş günlük iş həftəsi
-
İş yeri: Baki şəhəri, Qafqaz Business Center
-
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Əsas vəsaitlər üzrə mühasib” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
MKT İK MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Rəqəmsal öyrənmə üzrə Təcrübəçi (Instructional Design / e-learning Design Intern)
Son tarix 12 fev 2022 - [email protected]
Rəqəmsal öyrənmə üzrə Təcrübəçi olaraq siz təlimçilər, mövzu üzrə ekspertlər ilə əməkdaşlıq quraraq, eləcə də, araşdırma edərək rəqəmsal təlim həllərini qurmağa kömək edəcəksiniz. Rəqəmsal öyrənmə üzrə Təcrübəçi kimi siz təlim və inkişaf layihələri üzrə rəqəmsal məhsulları yaratmaqla komandamıza və şirkətə rəqəmsal öyrənmənin təbliği və inkişafında kömək edəcəksiniz. Təcrübə proqramı çərçivəsində təlim planına uyğun yeni və innovativ rəqəmsal tədris həllərini araşdırıb, tövsiyə etmək habelə peşəkar komanda üzvlərimizin dəstəyi ilə icra etmək imkanınız olacaqdır.
Vəzifə öhdəlikləri:
-
Təlim planı üzrə rəqəmsal öyrənmə metoduna uyğun təlimləri aşkarlayaraq ekspertlərə müraciət edilməsi və araşdırmaların aparılması
-
Mövzu üzrə ekspertlərlə işlənilməsi və hədəf auditoriyasının təlim ehtiyaclarını müəyyən edilməsi
-
Araşdırmalar apararaq test edilmiş tədris dizaynı nəzəriyyələri, praktikaları və metodlarının tətbiq edilməsi
-
Təlimin effektivliyini gücləndirən fərqli və yaradıcı öyrənmə alətlərindən istifadə edərək kurs məzmununun yaradılması
-
Tədris qrafiklərinin, istifadəçi interfeysinin və təlim üzrə hazır məhsulun vizuallaşdırılması
-
İşçilərin ehtiyacları üzrə təlimat tədqiqatının və təhlilinin aparılması
-
Öyrənmə prosesini təkmilləşdirən təlim və tapşırıqların təmin edilməsi
-
Köməkçi materialın/medianın yaradılması (audio, video, simulyasiyalar, rol oyunları, oyunlar və s.)
-
Təlim iştirakçılarının fəaliyyətini qiymətləndirilməsi və qiymətləndirmə alətlərinin hazırlanması
-
Təlim və inkişaf bölməsinin tədbirlərinin təşkilatçılığında iştirak edilməsi
-
Təlim və inkişaf işinin daha da təkmilləşdirilməsi üzrə təşəbbüslər göstərilməsi
Tələblər:
-
Təlim və İnkişaf, xüsusi ilə rəqəmsal öyrənmə üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyi
-
ADDIE instructional design modeli haqqında nəzəri biliklər
-
Grafik dizayn və UX üzrə marağı olmalı (müvafiq kurslarda iştirakı və ya kiçik təcrübəsi olması üstünlükdür)
-
Rəqəmsal öyrənmə (e-learning) üzrə biliklər
-
Yaradıcı və rəqəmsal vizuallaşdırmada çevik olmalı
-
Ünsiyyət qabiliyyəti yüksək səviyyədə olmalı, eləcə də Azərbaycan dilini səlis, İngilis dilini əla bilməli
-
Video və (və ya) qrafik kontent yaradılması üzrə - Figma, Adobe XD, Camtasia, Audacity, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere, Adobe Captivate kimi alətlərdən istifadə etmə bacarığı
-
İşlərin düzgün qurulması və vaxtında təhvil verilməsində öncül olmalı
Səriştələr:
-
Məsuliyyətli
-
Şəxsi inkişafa meylli
-
Pozitiv
-
Özünütəşkiletmə qabiliyyəti
-
Nailiyyət yönümlülük
-
Etibarlılıq
-
Dürüstlük
Əlavə məlumat:
-
Təcrübə proqramı ödənişlidir;
-
İş qrafiki: Beş günlük iş həftəsi
-
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
-
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Rəqəmsal öyrənmə üzrə Təcrübəçi” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
MKT İK MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Risklərin idarə edilməsi üzrə mütəxəssis
Son tarix 12 fev 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
-
Əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
-
Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
-
MKT İK MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlayır;
-
Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaradır;
-
Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tələblər:
-
Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
-
Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 1 il iş təcrübəsi;
-
MS Office (Word, Excel) və 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
-
Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilik;
-
Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
-
Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarığı;
-
Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
-
Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
-
Analitik təhlil etmə qabiliyyəti;
-
Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
-
Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
-
Məsuliyyətli
-
Şəxsi inkişafa meylli
-
Pozitiv
-
Özünütəşkiletmə qabiliyyəti
-
Nailiyyət yönümlülük
-
Etibarlılıq
-
Dürüstlük
Əlavə məlumat:
-
Əmək haqqı razılaşma əsasında;
-
İş qrafiki: Beş günlük iş həftəsi
-
İş yeri: Baki şəhəri, Qafqaz Business Center
-
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Risklərin idarə edilməsi üzrə mütəxəssis” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
MKT İK MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.