“Meqa Sığorta” ASC Sığorta hadisələri tənzimlənməsi departamentinə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya Sığorta hadisələri şöbəsinin Qəza eksperti.
Namizədlərə olan tələblər:
Təhsil: Ali və ya orta ixtisas təhsil;
İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi sahəsində - 2 il;
Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
Dil bilikləri: Azərbaycan və rus dili;
Sürücülük vəsiqəsi: B kateqoriyası.
Şəxsi keyfiyyətlər və bacarıqlar: Təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
Baş vermiş sığorta hadisəsi yerinə çıxış.
Baş vermiş sığorta hadisəsinin yerində araşdırılması.
Zəruri sənəd və sübutların toplanması.
Tələb olan hallarda sürücü və ya sığorta obyektini istifadə edən şəxsin tibbi müayinədən keçməsini təşkil etməsi.
müayinədə iştirak etməsi və müvafiq qeydlərin aparılması.
Gündəlik olaraq sığorta hadisələrinin uçotunun aparılması və əməliyyat proqramına işlənməsi.
Vəzifə təlimatında qeyd olunan digər xidməti vəzifələrin icrası.
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
Növbəli iş qrafikı.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
“Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində Qəza eksperti qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğunluq gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.