Improve Group
İnsan Resursları Şöbəsinin Meneceri
Son tarix 04 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkətin İnsan Resursları (İR) strategiyasının hazırlanması və strateji məqsədlərə uyğun idarə edilməsi.
- İR üzrə siyasət, prosedur və standartların hazırlanması, onların icrasına nəzarət.
- İşçi qüvvəsinin planlaşdırılması və səmərəli idarə olunması.
- İR büdcəsinin tərtib olunması və icrasının izlənməsi.
- Şirkət strukturunun formalaşdırılması və optimal idarə olunması.
- İR sisteminin inkişafına nəzarət, potensial risklərin müəyyən olunması və aradan qaldırılması.
- İş analizlərinin təşkili və həyata keçirilməsi.
- Vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsi.
- Vəzifələr üzrə kateqoriyaların və səriştə tələblərinin müəyyənləşdirilməsi.
- İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi.
- İşçi tələbatının müəyyənləşdirilməsi, düzgün namizədlərin seçilməsi və işə qəbul prosesinin idarə olunması.
- Oriyentasiya planının hazırlanması, yeni işçilərin adaptasiyası və sınaq müddətində müşahidəsi.
- Performansın qiymətləndirilməsi sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması.
- Təlim ehtiyaclarının müəyyən edilməsi, illik təlim planlarının hazırlanması və icrasının təmin edilməsi.
- Vəzifələrin dərəcələndirilməsi üçün müvafiq metodların tətbiqi və qiymətləndirmə prosesinin təşkili.
- Effektiv mükafatlandırma və motivasiya sistemlərinin qurulması və tətbiq olunması.
- Kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun təşkili və idarə olunması (əməkhaqqı və məzuniyyət hesablamaları daxil olmaqla).
- İR proseslərinin avtomatlaşdırılması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi.
- Karyera planlaması və inkişafı üzrə proqramların hazırlanması, əməkdaşların inkişaf yolunun müəyyən edilməsi.
- İşçi münasibətləri və mümkün münaqişələrin həlli istiqamətində tədbirlərin görülməsi.
- Pozitiv və məhsuldar iş mühitinin yaradılması üçün təşəbbüslərin həyata keçirilməsi.
- Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması.
- DMA layihəsi ilə bağlı lazım olduğu təqdirdə təlimçilərin işə cəlb olunması, müdavinləri (təlimə gələn tələbələri) seçib təlimə götürülməsi prosesi və məzun olanları sürətli şəkildə işə düzəlməsini təmin etmək.
Tələblər:
- İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- İnsan Resurslarının idarə edilməsi sahəsində azı 3-5 il iş təcrübəsi.
- İşə qəbul prosesləri və metodları üzrə yüksək bilik və təcrübə.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl səviyyədə bilməli.
- İş fəaliyyətini mövcud qanunvericilik və daxili qaydalara uyğun təşkil etmək bacarığı.
- Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları.
- Məsuliyyətli, obyektiv və etibarlı yanaşma.
- Məxfi məlumatların qorunması və etik prinsiplərə riayət.
- Planlı və nəticəyönümlü iş yanaşması, operativlik.
- Vaxtın idarə edilməsi və tapşırıqların effektiv şəkildə prioritetləşdirilməsi.
- Komandada işləmə bacarığı və liderlik keyfiyyətləri.
- Dəyişkən mühitlərə uyğunlaşma və innovativ yanaşmalar təqdim edə bilmək.
- MS Office proqramlarında (xüsusilə Excel, Word, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, İngilis dili biliyi üstünlük sayılır.
- Restoran və iaşə sahəsində təcrübəyə malik olmaq əlavə üstünlükdür.
İş barədə:
- İş rejimi: Həftə içi 6 gün.
- Nahar şirkət tərəfindən verilir.
- Əmək Haqqı: 1500-2000 AZN.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları Şöbəsinin Meneceri-İR.1” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərlər.