Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin (NPL) kredit portfelinə nisbəti 3%-in altındadır.
Problemli kreditlərin məbləği 614 milyon manatı keçib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “İslami Maliyyə üzrə 20-ci IsDB Qlobal Forumu - İslami Maliyyəsi vasitəsilə Dayanıqlı Rifahın Əldə Edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın bank sektorunun likvidliyi tələb olunan normadan iki dəfədən daha çoxdur:
"Kapital adekvatlığı təxminən 18%-dir ki, bu da tələbimizdən 50%-yə yaxın yüksəkdir. Bu isə o deməkdir ki, maliyyə sektoru öz vasitəçilik funksiyasını yerinə yetirə bilər".
"Bizim iqtisadiyyata yönəldilə biləcek təxminən 20 milyard sərbəst, riskə uyğunlaşdırılmış aktivimiz var. Son üç ildə kreditlərin artım tempi iqtisadi artım tempini üstələyib. Bu da onu göstərir ki, maliyyə sektoru iqtisadi inkişafı dəstəkləməyə tam hazırdır", - deyə o, əlavə edib.















