"Son üç ildə Azərbaycanın bank sektorunda sektorunda tənzimləmə çərçivəsi modernləşdirilib".
Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “İslami Maliyyə üzrə 20-ci IsDB Qlobal Forumu - İslami Maliyyəsi vasitəsilə Dayanıqlı Rifahın Əldə Edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə bu, təkcə ən son Bazel standartlarına keçid kimi ənənəvi sahələri deyil, həm də bazar davranışı (market conduct), ESG (ekoloji, sosial və idarəetmə) və s. kimi yeni yaranan sahələri də əhatə edib.
Baş direktor bildirib ki, kapital bazarlarında da mövcud qanunlara bir neçə dəyişiklik edilib və bir neçə yeni qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub:
"Bunlara reytinq agentlikləri haqqında qanun, törəmə alətlər (derivativlər) haqqında qanun, vençur kapitalı haqqında qanun, kraudfandinq haqqında qanun və s. daxildir.
Hətta sığorta bazarı üçün də tənzimləmə çərçivəmizi modernləşdirdik. Demək olar ki, hər bir icbari məhsul qanunu yenidən yazıldı və bəziləri artıq hökumətə göndərilib".














