Göygöl Şərab Zavodu ASC
Texniki dəstək mütəxəssisi
Son tarix 08 avq 2024 - [email protected]
Əmək funksiyası:
- Yeni kompüterləri quraşdırmaq və korporativ domenə qoşmaq;
- Yeni istifadəçilər üçün hesablar yaratmaq;
- E-poçtun quraşdırılması və konfiqurasiyası;
- İstifadəçilərin problemlərinin tam həll olunmasını təmin etmək;
- Sistem səhvlərinin və avadanlığın diaqnozunu aparmaq və nasazlığı aradan qaldırmaq;
- LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
- USB və şəbəkə printerləri və skanerlərdəki nasazlıqları aradan qaldırmaq;
- İT avadanlığı əvəzləşdimək və təmir etmək.
Tələblər:
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
- “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.
- Ali təhsil, aidiyyatı sahə üzrə sertifikat;
- İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli;
- Windows əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
- Şəbəkə üzrə başlanğıc biliklər;
- TCP / IP, DHCP və DNS protokolu;
- Kompüterin diaqnostikası və gündəlik problemlərin həlli;
- Azərbaycan dilində səlist danışmaq, ingilis və rus dilində texniki sənədləri anlamaq;
- Güclü ünsiyyət bacarığı;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Texniki dəstək mütəxəssisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.