Ekvita
Çağrı Mərkəzi Mütəxəssisi
Son tarix 16 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təlim iştirakçıları ilə əlaqə:
- Biznes təlimlərində, qiymətləndirmə görüşlərində və peşə təlimlərində iştirak etmək üçün telefon zəngləri vasitəsilə Təlim iştirakçıları ilə əlaqə saxlamaq;
- Təlimlər, onların faydaları və bütün digər prosedurlar haqqında məlumat vermək;
- Təlim iştirakçılarının şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi. Həmçinin Excel sistemdə müvafiq qeydlərin yazılması;
- Rəhbər şəxsə biznes və peşə təlimi üçün hazır qruplar barədə məlumat vermək.
- İnzibati dəstək:
- Məlumat bazasında təlim iştirakçıları və onlarla olan əlaqə haqqında məlumatların dəqiq və nizamlı uçotunu aparmaq;
- Təlim iştirakçılarının iştirakı ilə bağlı bütün proseslərin yerinə yetirildiyinə əmin olmaq;
- Məlumatların daxil edilməsi və sənədlərin hazırlanması da daxil olmaqla Layihə İdarəetmə departamentinə inzibati dəstək vermək.
Tələblər:
- Ali təhsil diplomu və ya ekvivalenti
- Çağrı Mərkəzində və ya müştəri xidmətində təcrübə üstünlükdür;
- Azərbaycan dilində həm şifahi, həm də yazılı güclü ünsiyyət bacarıqları;
- Mükəmməl kommunikasiya və müştəri yönümlü yanaşma;
- Empatiya və təlim iştirakçıların məqsədlərinə çatmasına kömək etmək üçün səmimi istək.
CV-nizi “Çağrı Mərkəzi” başlığı ilə elektron ünvanına göndərməyiniz xahiş olunur.