Diamed Co.
Keyfiyyətə Nəzarət Rəhbəri (Quality Control Manager)
Son tarix 06 avq 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Şpris istehsalı müəssisəs (Diamed Co)
- Iş yeri Pirallahı qəsəbəsi ( servis mövcuddur)
- Iş qrafiki növbəli
- Əmək haqqı 2200-2500 azn
Əsas vəzifələr
- Keyfiyyətə nəzarət laboratoriyasının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək;
- Xammal, qablaşdırma materialları, yarımfabrikat və hazır məhsulların spesifikasiyalara uyğunluğunu təmin etmək;
- Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət etmək;
- İstehsal prosesində keyfiyyət göstəricilərini izləmək və uyğunsuzluqları operativ şəkildə araşdırmaq;
- Kök səbəb analizi (Root Cause Analysis), korrektiv və preventiv tədbirlərin (CAPA) hazırlanması və icrasına rəhbərlik etmək;
- Daxili auditlərin təşkili və keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək;
- ISO 13485, GMP və müəssisədaxili prosedurların tələblərinə əməl olunmasına nəzarət etmək;
- Kalibrləmə, validasiya və laboratoriya avadanlıqlarının idarə olunması proseslərini koordinasiya etmək;
- Keyfiyyət göstəricilərinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Keyfiyyətə nəzarət əməkdaşlarının işini koordinasiya etmək, onların inkişafı və təlimlərini təşkil etmək.
Namizədə tələblər
- Ali təhsil (Əczaçılıq, Kimya, Biologiya, Biotexnologiya, Tibb mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Tibbi cihaz, əczaçılıq və ya steril istehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- ISO 13485, GMP, GLP və risk idarəetmə prinsipləri üzrə bilik;
- Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
- Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və yüksək diqqətlilik;
- Dəqiqlik və sistemli iş yanaşması;
- Nəticəyönümlülük;
- Etik davranış prinsiplərinə sadiqlik;
- Vaxtın səmərəli idarə edilməsi bacarığı.
Təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir istehsal və laboratoriya şəraitində işləmək imkanı;
Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə müsahibə mərhələsi üçün əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
















