Diamed Co.
Elektronika mühəndisi
Son tarix 11 yan 2024 - [email protected]
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil mütləqdir.
- Vəzifə üzrə iş təcrübəsi mütləqdir. (ən azı 3-5 il)
- Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
- Elektron qurğu və avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
- Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
- Elektron qurğuların təhlükəsiz xidmətinin icra edilməsinə nəzarət etməli
- Elektronika-Avtomatika sahəsində ali təhsil
- Elektrik çertyojları oxuma bacarığı
- Analiz və təhlilləri apara bilmək bacarığı
- Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalıdır(Ingilis-rus dili bilənlərə üstünlük veriləcək)
- Kompüter bilikləri: İnternet, Mirosoft Office, Excell-Word, Outlook.
İş barədə məlumat:
- Avadanlıqların təmzimlənməsi, sazlanması işlərini görmək
- Avadanlıqlara texniki baxışın keçirilməsi, diaqnostika- profilaktika işlərini görmək
- Avadanlıqların montaj və quraşdırma işlərini həyata keçirmək
- Mövcud avadanlıqların işlək fəaliyyətini təmin etmək
- Avadanlıqlarda yarana biləcək problemləri vaxtında və operativ surətdə aradan qaldırmaq
- Avadanlıqların düzgün texniki istismarının təmin edilməsi, yoxlanılması və təmiri
- Avadanlıqların texniki vəziyyətinin istismara uyğunluğuna nəzarət etmək
- Sıradan çıxmış avadanlığın ehtiyat hissələrinin sifariş edilməsi və yeni hissələrlə əvəz olunmasını təmin etmək
- Avadanlıqların ehtiyat hissələri ilə təmin edilməsi, istismarda olan cihazların mühafizəsinə nəzarət edilməsi.
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- İş saatları: 09:00-18:00
- İş ünvanı: Bakı ş. Pirallahı ray.
- Əmək haqqı: 2000-2500 Azn (başlanğıc)
Tələblərə uyğun şəxslər şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə“Elektronika mühəndisi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.