Diamed Co.
Gömrük işləri üzrə mütəxəssis
Son tarix 21 dek 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Gömrük proseslərinə nəzarət edilməsi;
- Gömrük bəyannamələrinin tərtib olunması və yoxlanılması;
- İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
- Gömrük yoxlanışında olan malların şirkət anbarına düzgün şəkildə çatdırılmasının və təhvil verilməsinin təmin edilməsi;
- Müqavilələrin və sifariş formalarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi arzuolunandır;
- İdxal, ixrac prosesi və logistika haqqında anlayış;
- Azərbaycan dilini əla, rus və ingilis dillərini orta səviyyədə bilməli;
- Microsoft Office (Word, Excel, PowerPoint, Outlook) proqramını bilməli;
- Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür;
- Dürüst, səmimi, təşəbbüskarlıq qabiliyyəti və inkişafa meyllilik;
- Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı.
İş rejimi: Tam iş günü (6 gün) saat 09-00 dan 18-00 dək
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqi: 1000-1500 manat.
Ərazi: Bakı,Pirallahı rayonu ( Qeyd: İş yeri zavodun ofisindədir.Ünvan-Gənclik Akad.Həsən Əliyev küç. 493 )
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Gömrük işləri üzrə mütəxəssis" qeyd edərək e-ünvanına göndərə bilərlər.