Camal LTD
HR Director
Son tarix 20 iyl 2024 - [email protected]
Namizədə Tələblər:
- Ali təhsil
- İR sahəsində ən azı 5 il, müvafiq vəzifədə azı 2 il iş təcrübəsi
- İR prosedurları, təlim inkişafla bağlı biliklər
- İşə qəbul sahəsində iş təcrübəsi
- Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli
- Microsoft Office (1C,Outlook, MS Excel, Word)
- Məsuliyyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,kollektivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmalı
- Stressə davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll etmə bacarığı
Vəzifə təlimatları:
- İnsan Resurslarına dair prosedurları hazırlayır və izləyir.
- AR Əmək qanunvericiliyi bilikləri
- İR strategiyasının hazırlanmasında və hayata keçirilməsində iştirak edir.
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil edir.
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunmasını həyata keçirir.
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsini təmin edir.
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edir.
- Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun vaxtında həyata keçirilməsinə nəzarət edir.
- İşçilərin tabel uçotuna və onların işə davamiyyətinə nəzarəti həyata keçirir.
- Vəzifə təlimatlarını hazırlayır.
- Optimal işçi sayını hesablayır.
- Təşkilati strukturu hazırlayır.
- İşə qəbul prosesində vakansiya və müsahibələri izləyir.
- Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisini hazırlayır.
- Əməyi dərəcələndirir.
- Kadr kargüzarlığı sistemlərini qurur.
- Vakansiyanın tələbini müəyyən edir.
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərir.
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət edir.
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulunun və işdən azad edilməsinin vaxtında həyata keçirilməsinə nəzarət edir.
- Aylıq hesabatları hazırlayır və rəhbərliyə təqdim edir.
İş qrafiki I-VI günlər 09:00-18:00
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı 2000 AZN-dən başlayaraq;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Vakansiyaya uyğun olan namizədlər CV-lərini mövzu bölümünə "HR DİRECTOR" yazmaqla e-mail ünvanına göndərə bilərlər.