Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT- VAKANSİYALAR
Bu şirkətlər işçi yığır: əmək haqqı 350-500-600-700-800-900-1000-1200-1500 manat - 22 VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3300 MANAT- VAKANSİYA
SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
"Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
"Kontakt Home" işçi axtarır - VAKANSİYA
Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Ram Holding" işçilər axtarır - MAAŞ 400-500-1000-1200-1500 MANAT - VAKANSİYALAR
"Providence Doytch Limited" işçilər axtarır - MAAŞ 500-1200-1500-2000-2500 MANAT - VAKANSİYALAR
Bank Respublika ASC
Kredit üzrə arxa ofis mütəxəssisi
Son tarix 25 mar 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
- Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
- Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
- Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
- Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan dili əla (yazılı və şifahi);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi (Bakıxanov) qeyd etməklə 24 mart 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.