Ram Holding
Təchizat sənədləşmələri üzrə kiçik mütəxəssis
Son tarix 06 apr 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsalçılarla müqavilələrin hazırlanması istiqamətində danışıqların və yazışmaların aparılması
- 1 C təminatında müvafiq sənədlərin işlənilməsi
- Daşıma sorğularının verilməsi və daşımanın təşkili
- Sistem üzərindən gələn sorğularda iştirak edilməsi
- Kargüzarlıq işlərinin icrası
Namizədə dair tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında çalışmaq bacarığı;
- Analiz etmə qabiliyyəti.
İş şərtlərimiz:
- Əmək haqqı: 400-500 AZN;
- 5 günlük iş qrafiki, 08:30-17:30;
- İş yeri Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı, “Neptun” marketlə üzbəüz);
- Servis xidməti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat sənədləşmələri üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 03 apr 2023 [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri);
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Daxil olan işçi tələb formalarının təhlil edilməsi;
- Mövcud vakansiyalar üzrə iş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibələrin təşkili və keçirilməsi;
- İşə qəbul testlərinin həyata keçirilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200 AZN+ Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə Qəbul üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Maliyyə Nəzarəti üzrə Mütəxəssis
Son tarix 16 apr 2023 [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit);
- Maliyyə Nəzarəti, Audit, Risklərin İdarə edilməsi, yaxud Hesabatlılıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- MS Excel bilikləri – yüksək səviyyədə;
- İngilis dili – İntermediate və üzəri;
- Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
- Ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- İllik yoxlama planına uyğun olaraq, Şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
- Proseslərin analizi, qiymətləndirilməsi və çatışmamazlıqların aşkar edilməsi;
- Hesabatların təhlili;
- Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
- Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;
- Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: 1000-1500 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Çalışacağınız ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, “Neptun” marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə nəzarəti üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.