Bank Respublika ASC
Hüquq departamentinin Direktoru
Son tarix 25 iyl 2024 Müraciət et
Təsvir:
- Bankın hüquqi risklərini idarə etmək və nəzarət etmək;
- Bankın hüquqi və fiziki şəxslərlə bağlayacağı müqavilələrin, həmçinin beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, rəy vermək, yeni müqavilələr tərtib etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Bankı dövlət orqanlarında və məhkəmələrdə təmsil etmək;
- Bankdaxili korporativ aktlara (əmr, protokol, qayda, təlimatlar) dair hüquqi rəy vermək, onların hüquqi ekspertizasını həyata keçirmək;
- Bankın təsis sənədlərində baş verən dəyişikliklərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə hüquqi dəstək göstərmək;
- Qiymətli kağızların yerləşdirilməsini nəzərdə tutan müvafiq sənədlərin hazırlanmasında iştirak etmək, lazımi hüquqi yardımı göstərmək;
- Tələb olunduqda Bankın PL/TMM şöbəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin) funksiyalarının icrasına köməklik göstərmək;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü həyata keçirmək və nəzarət etmək;
- Qanunvericilik sahəsində Bankın fəaliyyətinə aid olan bütün yeniliklər barədə müvafiq şöbə, strukturları məlumatlandırmaq, tələb olunduqda, həmin normaların tətbiqi ilə bağlı təlim keçmək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Tələblər:
- Ali hüquqi təhsil;
- Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
- Mülki, həmçinin bank qanunvericilyi sahəsində biliklərə sahib olmaq;
- Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
- Kollektivdə işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Ünsiyyət qurmaq bacarığı;
- Sərbəst işləmək bacarığı.