Bakı Taksi Xidməti
Təmir sexi rəhbəri
Son tarix 23 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təmir sahəsində gündəlik işin planlanmasını və tənzimlənməsini təmin etmək;
- Təmir kartlarına nəzarəti təmin etmək;
- Hər ayın sonu təmir işi bitmiş təmir kartlarının təmir növünə uyğun bağlanılmasını təmin edilməsi;
- Qüsur aktlarının hazırlanması və müvafiq yerlərə göndərilməsi;
- Servis personalının idarə olunması və effektiv işinin təşkili;
- Servisdə görülən təmir işlərinin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin etmək və servisin iş keyfiyyətinə nəzarət etmək;
- Təmir sahəsində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarəti təmin edilməsi;
- Təmir sahəsində əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması;
- İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən etmək və müvafiq təlim tədrislərə yönləndirilmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;
- Əməkdaşlar ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin həlli istiqamətində çalışmaq;
- Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək;
- Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyatı struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək,zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək;
- Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Funksional vəzifələrin yerinə yetirilməsi ;
- Müəssisə tərəfindən verilən uniformanın təmiz saxlanılmasını təmin etmək, səliqəli olmaq və iş vaxtı təyin olunan fasilələrdən qaydalara uyğun istifadə etmək;
- Peşə fəaliyyətinə dair tələb olunan təlimlərdə iştirak etmək;
- Təhvil alınmış alətlərə və avadanlıqlara lazımi qulluq göstərmək, öhdəliyində olan alət və avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək və sıradan çıxmış alət və avadanlıqları ilə bağlı Təmir sexinin rəisinə məlumat verilməsini, tələb olunan formada təhvil verib yenisi ilə əvəz edilməsini, habelə iş sahəsinin təmiz saxlanılmasını təmin etmək;
Tələblər:
- Ali Təhsil
- Analoji sahədə 5 ildən çox iş təcrübəsi.
- Azərbaycan dili , İngilis dili B1 səviyyədə, Rus dili (arzu olunandır)
- Avtomobil sahəsində texniki biliklər və təcrübə
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativik;
- Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
- Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
- təşəbbüskarlıq və həll tapma, işini planlaşdıra bilmə qabiliyyəti, problemləri həll və analiz etmək, işə konsentrasiya olmaq və nəticəyə fokuslaşmaq, təzyiq şəraitində işləmə bacarığına malik olmaq.
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Əmək şəraiti:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək
- İş rejimi: Həftənin 6 günü;
Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Elektrik” qeyd edərək qeyd edilmiş e-mail ünvanına göndərə bilərlər