B2B Group
Layihə meneceri
Son tarix 22 sen 2024 - [email protected]
Vəzifə: Layihə meneceri
İşin təsviri:
- Layihənin əhatə dairəsi, məqsədləri, nəticələri və vaxt qrafikinin müəyyən edilməsi;
- Layihələrin qüsursuz icrası üçün daxili resursların və üçüncü tərəflərin/təchizatçıların əlaqələndirilməsi;
- Layihə büdcəsinin İdarə Edilməsi - büdcənin hazırlaması, izlənməsi və nəzarət olunması;
- Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və tələb olunan keyfiyyət standartlarına uyğun çatdırılmasının təmin olunması;
- Ətraflı hesabatlar, təqdimatlar və layihədən sonrakı qiymətləndirmələr daxil olmaqla, hərtərəfli layihə sənədlərinin qorunması;
Tələblər:
- Layihə İdarəetmə, Biznesin İdarə Edilməsi, Mühəndislik və ya əlaqəli sahədə bakalavr dərəcəsi, PMP, PRINCE2 sertifikatları üstünlükdür;
- IT sahəsində layihələrin idarə edilməsi üzrə minimum 3-5 il iş təcrübəsi;
- İngilis dilində yüksək yazılı və şifahi ünsiyyət;
- Layihə idarəetmə proqramları üzrə biliklər (MS Project, Asana, Jira və s.)
- Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
- Əməkhaqqı: 2000-2500 AZN (şəxsin bilik və bacarıqlarına əsasən müəyyənləşəcək)