AzRe Reinsurance Company
Zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi
Son tarix 08 yan 2023 - [email protected]
Namizədə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Sığorta təcrübəsi minimum 1 il
- Dil bilikləri: Azərbaycan (əla), İngilis(əla) və Rus(orta/əla) dillərində sərbəst yazı və şifahi danışıq bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point proqramları) üzrə yaxşı biliyə malik olmaq.
Şəxsi keyfiyyətlər:
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Təmkinli, stressə davamlı, biznes etikaya riayət etmək bacarığı;
- Konfidensiallığa riayət etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
- Zərərlərin tənzimlənməsi ilə bağlı işləri həyata keçirmək;
- İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
- Rəhbərliyin verdiyi digər tapşırıqları həyata keçirmək;
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır;
- Sınaq müddəti: 3 ay
- Könüllü tibbi sığorta;
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
Əmək haqqı: 600 AZN – 1000 AZN
Məlumatlandırıcı qeydlər:
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Claim Mütəxəssis) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.