Azersun Holding
Hüquqşünas
Son tarix 29 apr 2024 Müraciət et
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
Vəzifə öhdəlikləri:
- Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuları hazırlamaq;
- Sığorta hadisələri ilə bağlı şübhəli hallara hüquqi rəy vermək;
- Dövlət orqanları ilə yazışmaları reallaşdırmaq;
- Cəmiyyətə daxil olan və çıxan müqavilələrə, sənədlərə, hüquqi rəy vermək və vizalanması işini təşkil etmək;
- Sığorta hadisələri üzrə ödəniş vaxtının gecikməsi və s. hallarda müştəri şikayətlərinə yazılı cavablar hazırlamaqda iştirak etmək;
- Sistem üzərindən ödəniş sənədlərinin yoxlanılıb-təsdiq edilmək;
- Təqdim olunmuş sənədlər siyahısına əsasən iş qovluqlarının yığılması və arxivləşdirilməsi;
- Mail ilə göndərilmiş sənədlərin fayl şəklində yığılaraq imzaya və ödənişə təqdim etmək;
- Sığorta hadisələrinin araşdırılması departamenti daxilində sənəd dövriyyəsinin jurnal vasitəsilə qeydiyyatını aparmaq və sənədlərin əvvəldən arxivləşməyədək olan dövriyyəsini icra etmək;
- Vəzifə öhtəliklərindən irəli gələn digər faliyyətləri həyata keçirmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "Hüquqşünas" qeyd etməyiniz xahiş olunur.
Ödəniş Kartları Şöbəsinə Mütəxəssis
Son tarix 29 apr 2024 Müraciət et
Tələblər:
- Ali təhsilli (iqtisadi, texniki) olmalı;
- Ödəniş Kartları, Ekvayrinq və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
- İngilis dili bilgisinə üstünlük verilir;
- Microsoft Office və Kart proqram bilikləri olmalı;
- Analitik düşünmə, iş planlama, komandada işləmə bacarığı.
İş haqqında məlumat:
- Ödəniş kartları üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
- Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir, Beynəlxalq Ödəmə Sistemləri və BKM qaydalarına uyğun olaraq, hərəkət edir;
- Ödəniş kartları üzrə əməliyyatlarda yaranan mübahisəli halları araşdırır və həll edir;
- Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı yeniləmələri tətbiq edir;
- Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir;
- Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
- Visa, Master, Milli Kart və BKM-dən daxil olan klirinq hesablaşmalarını təhlil və icra edir.
- Bank, filial və digər bölmələrin ödəniş kartları ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
- Ödəniş kartları prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
- Personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
- ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə müxabirləşmələrin müvafiq hesablarda düzgün əks olunmasına nəzarət edir.
- ATM və Pos terminal şəbəkəsində icra edilən əməliyyatlar üzrə yaranan mübahisəli halları araşdırır, həll edir və hesablara nəzarət edir.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Ödəniş Kartları Şöbəsinə mütəxəssis” göstərməyiniz xahiş olunur