Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-750-800-970-1100- MANAT - 15 VAKANSİYA
Azersun Holding
IT biznes analitika üzrə Baş mütəxəssis
Son tarix 06 mar 2024 Müraciət et
Tələblər:
- IT üzrə ali təhsilli olmalı;
- Aidiyyatı sahədə minimum 3 il iş təcrübəsi olmalı;
- Programlaşdırma dilləri ilə tanış olmalı;
- SAP ve digər ERP sistemləri ilə işləmə təcrübəsi olmalı;
- Mobil(Android/IOS), Web, Desktop platformalarla tanış olmalı;
- Biznes tələblərinin Data Modellerini bilməli;
- MSSQL /MYSQL -da query yazma təcrübəsi olmalı;
- Ezamiyyətə gedə bilməli;
İş haqqında məlumat:
- Projelər üzrə biznes tələblərinin toplanması və analiz edilməsi;
- Biznes tələblərinə uyğun context modellərin hazirlanmasi(Richimage/Context view/BPMN);
- Qəbul edilən biznes tələblər üzrə texnik sənədin hazirlanmasi;
- Programın tamamlanmış hissələrinin izlənməsi və test edilməsi;
- Biznes tələblər üzrə dəyişikliklərin izlənməsi və dəyərləndirilməsi;.
- Biznes tələblər üzrə Proses, Dizayn və Data Modellərin hazırlanması;
- Proseslər üzrə Flowchartlarin hazırlanması;
- Use case-lərin hazırlanması;
- Müştəri üçün Prototip modellərin hazırlanması;
- Yazılımla modəllərin dərləndirilməsi;
- Proje lifecycle-da müştəri ilə davamlı tələblərin review edilməsi;
- Gap analiz aparılması;
- Projenin test edilməsı;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “IT biznes analitika üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Risklərin Təhlili və Hesabatlıq üzrə Mütəxəssis
Son tarix 06 mar 2024 Müraciət et
Tələblər:
- Ali İqtisadi təhsil;
- İngilis və rus dili bilikləri;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
- Microsoft Office proqramları xüsusən praktiki Excel bacarıqlarına sahib olmaq;
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
- Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
- CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.
İş haqqında məlumat:
- Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
- Bazar və likvidlik riskləri üzrə təhlillər aparmaq;
- LCR, ani likvidlik göstəriciləri hesablamaq, ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillər aparmaq;
- Kredit portfeli üzrə kredit riskinin qiymətləndirilməsi üzrə miqrasiya matrisi və istehlak kreditlərinin vintaj analizi üzrə təhlillər aparmaq;
- Makroiqtisadi sektorlar üzrə təhlillər aparmaq;
- Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
- Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, Baş risk inzibatçısı və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə təhlillərin aparılması;
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Risklərin Təhlili və Hesabatlıq üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İnsan resursları üzrə kiçik auditor
Son tarix 06 mar 2024 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı;
- İnsan resursları sahəsində üzrə ən az 1-2 il iş təcrübəsinə malik olmalı;
- Əmək qanunvericiliyinin əsaslarını bilməli;
- Əmək qanunvericiliyinin tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Auditin əsas prinsipləri bilməli;
İş haqqında məlumat:
- Təsərrüfat subyektinin bütün fəaliyyətinin, o cümlədən kassa, mühasibat-maliyyə uçotu, vergi uçotu, alış, satış, istehsal, əsas vəsaitlər, mal-material ehtiyatları, anbar, insan resursları, inzibati fəaliyyətinin normativ-hüquqi aktlara və təsdiq edilmiş daxili prosedurlara, qaydalara, əsasnamalərə uyğunluğunu yoxlaması;
- Daxili audit fəaliyyətləri ilə bağlı işçi sənədlərin hazırlanması, keyfiyyətin təmin edilməsi, arxivləşdirmə və sənədləşmə proseslərinin aparılması;
- Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim olunması;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət olunması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ İnsan resursları üzrə kiçik auditor” qeyd etməyiniz xahiş olunur.
İxrac satışı üzrə mütəxəssis
Son tarix 06 mar 2024 Müraciət et
Tələblər:
- Ali təhsilli olmalı;
- Müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi olmalı;
- Rus dili biliyi olmalı ( inglis dili üstünlükdür) ;
- Microsoft office bilikləri olmalı;
- Məntiqi və analitik düşünmə tərzi olmalı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
İş haqqında məlumat:
- Bazarın vəziyyətinin, tələb olunan məhsul və xidmətlərə tələb və təklifin öyrənilməsi;
- Potensial müştərilər, müəssisənin patnyor-şirkətlərinin nümayəndələri ilə danışıqların həyata keçirilməsi;
- Marketinq strategiyası və siyasətinin həyata keçirilməsi üzrə planların işlənib hazırlanması və gerçəkləşdirilməsi;
- Rəqib məhsulların qiymət analizinin həyata keçirilməsi;
- Məhsulun marketinq fəaliyyətinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə nəzarət olunması;
- Yeni layihələr üzərində kordinasiyalı iş planının həyata keçirilməsi.
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İxrac satışı üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamentinin Mütəxəssisi
Son tarix 06 mar 2024 Müraciət et
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
- Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
- Microsoft Office proqramları;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi;
- Müvafiq yerli və beynəlxalq qanunvericilik, SWIFT;
- Hesabat hazırlama bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
İş haqqında məlumat:
- Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları və xidmətləri (LG/LC və s.) ilə təmin etmək və bu əməliyyatların icra edilməsi;
- Bank Qarantiya & Akkreditiv qovluqların hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
- Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışlarının həyata keçməsi üzrə müştəri və digər aidiyyatı tərəflərlə qarşılıqlı əlaqənin qurulması;
- Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması;
- Maliyyə İnstitutları ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
- Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
- Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların araşdırılması, toplanılması və əlaqələrin qurulması;
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamenti / mütəxəssis” qeyd etməyiniz xahiş olunur.