Azər Türk Bank
Risk Menecmenti Departamenti - Mütəxəssis
Son tarix 27 yan 2024 Müraciət et
Təsvir:
- Müştərilərin biznes obyektlərinə səfər edərək maliyyə məlumatlarının əldə olunması və müvafiq məlumatların təhlil olunaraq aidiyyatı üzrə hesabatların hazırlanması;
- Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
- Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
- Bank tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə olunmasını səyyar və məsafədən monitorinq edərək nəzarət etmək;
- Kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək;
- Kiçik və orta həcmli biznes müştərilərinin maliyyə təhlilini aparmaq;
- Korporativ / iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili etmək;
- Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmək;
- Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirmək;
Tələblər:
- Ali təhsil;
- ACCA sertifikatlarının (F3, F7,) olması arzuolunandır;
- Bank sahəsində biznes kreditlərinin təhlili və verilməsi üzrə minimum 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə (Rus dili arzuolunandır);
- Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı.
Maliyyə riskləri bölməsində Bölmə Rəhbəri
Son tarix 27 yan 2024 Müraciət et
Təsvir:
- Əməliyyat, kredit, bazar və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
- Risk xəritəsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək;
- Risk İştahası Bəyannaməsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirmək;
- Risk limitlərinin hazırlanması və müntəzəm olaraq monitorinqi;
- Stress testlərin aparılması, şok hadisələrin təhlili;
- Likvidlik əmsallarınn hesablanması və təhlili;
- Ödəniş müddətləri bölgüsü və likvidlik “qəp” təhlili;
- Bazar risklərinin potensial mənfi təsirlərinin təhlili;
- Risklərin çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi;
- Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması;
- Bankın yeni məhsulları/limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;
- Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak edilməsi;
- Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması;
Tələblər:
- Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsinin olması arzuolunandır:
- Maliyyə / Mühasibatlıq
- Risklərin idarə edilməsi
- Mexanika – Riyaziyyat
- Peşəkar sertifikatlar arzuolunandır (FRM,ACCA,CFA);
- Əməliyyat,bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə 3-5 il təcrübə;
- Azərbaycan dili səlis, inqilis dili orta səviyyə, rus dili arzu olunandır;
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
- Statistik və Ekonometrik təhlili bacarığı;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Analitik qabiliyyət və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı.
- Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək.
Risk Texnologiyaları şöbəsinin Müdiri
Son tarix 27 yan 2024 - Müraciət et
Təsvir:
- Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
- Verilənlər bazası sistemlərinin sistem, obyekt və skript səviyyəli potensial riskləri, problemləri müəyyən etmək və aradan qaldırılması;
- Məlumat platformalarının, məlumat arxitekturalarının və digər məlumat texnologiyalarının inkişafı və saxlanmasına rəhbərlik edilməsi;
- Yeni məlumat texnologiyaları və həllərini araşdırmaq və həyata keçirmək üçün xarici tərəfdaşlar və təchizatçılarla əlaqə saxlamaq;
- Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması;
- Skorinq və reytinq modellərinin yenilənməsində və tətbiqində iştirak edilməsi;
- Vaxtaşırı makroiqtisadi təhlillərin aparılması;
Tələblər:
- Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsinin olması arzuolunandır:
- Maliyyə / Mühasibatlıq
- Risklərin idarə edilməsi
- Mexanika – Riyaziyyat
- Ekonometrika, Statistika
- Peşəkar sertifikatlar arzuolunandır (FRM);
- Risk texnologiyaları və modelləşdirmə funksiyası üzrə 3-5 il təcrübə;
- Azərbaycan dili səlis, xarici dil biliyi arzuolunandır;
- Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika, yanında satın alma modeli, maşın öyrənməsi və ya məlumat elmi ilə bağlı iş təcrübəsi;
- Böyük verilənlərin inkişaf etdirilməsi təcrübəsi və Python (və ya oxşar dillər) və əlaqəli analitika kitabxanaları üzrə praktiki biliklər;
- Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən, Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
- Vizuallaşdırma bacarıqları (Power BI və ya digərləri);
- Analitik qabiliyyət və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı; Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
- Statistik və Ekonometrik təhlili bacarığı.