Azebirja
Rəqəmsal Marketinq Mütəxəssisi
Son tarix 20 iyl 2024 - [email protected]
Vəzifə öhdəliyi:
- Şirkətin veb saytının optimallaşdırılması;
- Doğru marketinq strategiyasının həyata keçirilməsi;
- Şirkətin müxtəlif virtual şəbəkələrdə reklam kampaniyalarının həyata keçirilməsi;
- A/B testi və istifadəçi rəyi vasitəsilə veb-saytın yararlılığının test edilməsi və təkmilləşdirilməsi;
- Axtarış motorlarının reytinqini yüksəltmək üçün müvafiq açar sözlər və meta teqlərdən istifadə edərək axtarış motorları (SEO) üçün veb sayt məzmununun tətbiqi və optimallaşdırılması. SEO sahəsi üzrə baş verən yeniliklərdən xəbərdar olmaq;
- GA4, Tag Manager və Optimization Pixels, Hotjar kimi veb analitika alətlərinin konfiqurasiyası;
Namizəd üçün tələblər:
- Yalnız xanım namizədlər;
- Rəqəmsal marketinq sahəsində ən az 2 il iş təcrübəsi;
- İngilis dili biliyi vacibdir;
- Analitik, kreativ, məntiqi düşüncəyə sahib olmaq;
- Axtarış motorları alqoritmləri barədə dərin bilik və bacarıqlar;
- Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri;
- Analitika alətləri üzrə biliklər (GA4);
- Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
- Artificial İntelligence alətlərindən istifadə bacarığı.
İş qrafiki: 09:30-18:00 (I-VI gün)
İş yeri: Azure Business Center, 26-cı mərtəbə
Əmək haqqı: 1000-1500 AZN
Şəkilli "CV"-nizi mövzu yerinə "Rəqəmsal Marketinq Mütəxəssisi" yazaraq elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan, mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd edilməyən və şəkilsiz CV-lərə baxılmayacaq.