Expressbank ASC daxili şəbəkə seqmentasiyası və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə “firewall” avadanlıqlarının satın alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, satınalma çərçivəsində aşağıdakı avadanlıqların əldə edilməsi nəzərdə tutulur:
- FortiGate 901G Firewall;
- FortiGate 701G Firewall.
Maraqlanan şirkətlərdən qiymət təkliflərini 4 nüsxədə, imzalanmış və möhürlənmiş bağlı zərflərdə təqdim etmələri xahiş olunur.
Təkliflərin təqdim edilməsi üçün son tarix: 28 oktyabr 2026-cı il, saat 12:00.
Ünvan: Dəmirçi Plaza, 7-ci mərtəbə.
Texniki suallarla bağlı Expressbankın nümayəndəsi:
Babək Xudiyev: 055 336 33 86
E-poçt: [email protected]
Tender və layihə ilə bağlı əlavə məlumat üçün əlaqələndirici şəxs:
Leyla Hacıyeva 055 214 08 05
E-poçt: [email protected]
Maraqlanan təchizatçılar qiymət təkliflərini qeyd olunan tələblərə uyğun olaraq müəyyən edilmiş son tarixədək təqdim edə bilərlər.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.















