PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib.
FED.AZ xəbər verir ki, PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib.
Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsində Qarabağ Universitetinin Enactus komandası tərəfindən hazırlanmış CrownPod layihəsinin bir hissəsi kimi həyata keçirilib. Layihə ekoloji dayanıqlılığın təşviqi ilə yanaşı, gənclərin innovativ düşüncə tərzinin və sosial sahibkarlıq bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir.
Ağacəkmə aksiyasında PAŞA Bank-ın əməkdaşları, RİİB-in könüllüləri və Qarabağ Universitetinin Enactus komandasının üzvləri iştirak edib. Universitet, özəl sektor və vətəndaş cəmiyyəti arasında uğurlu əməkdaşlıq nümunəsi olan bu təşəbbüs Qarabağda yaşıllıq sahələrinin genişləndirilməsinə, ekoloji mühitin bərpasına və gənclərin innovativ ideyalarının praktikada tətbiqinə xidmət edir.






![Qarabağın yaşıl gələcəyinə “PAŞA Bank”dan növbəti töhfə - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3003834.jpg)
![Qarabağın yaşıl gələcəyinə “PAŞA Bank”dan növbəti töhfə - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2887202.jpg)
![Qarabağın yaşıl gələcəyinə “PAŞA Bank”dan növbəti töhfə - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/4385057.jpg)









