Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində İsveçrə Milli Bankının sədri Martin Şleqel ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilir ki, görüş zamanı qlobal çağırışlar, maliyyə sektorunda izlənilən son tendensiyalar, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş təşəbbüslər müzakirə olunub.
Görüşdə ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə olunaraq gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.













