Bu ilin yanvar-senyabr aylarında ölkənin ən böyük bankı “ABB”yə depozit qoyanlar 250 milyon 548 min manat gəlir əldə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın depozitlərə görə ödədiyi faizlərin həcmi ötən ilin eyni dövrünə nəzərən 52 milyon 275 min manat və ya 26,4% artıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında “ABB”yə depozit qoyanlar 198 milyon 273 min manat qazanmışdı.
Qeyd edək ki, “ABB” hesabat dövrünü 352 milyon 377 min manat xalis mənfəətlə bağlayıb. Hesabat dövrünün sonunda bankın aktivləri 16 milyard 117,6 milyon manata yüksəlib.















