Avromak MMC
Mühasib-operator
Son tarix 27 apr 2025 -[email protected]
İşçiyə qoyulan tələblər:
- Ali təhsil;
- Vəzifə üzrə 2-3 il iş təcrübəsi;
- Logo proqramını bilmək mütləqdir;
- Analitik təhlil, statistik və riyazi biliklər
Vəzifə öhdəlikləri:
- Mağazaya gələn alış və qaytarma qaimələrinin sistemə işlənməsi;
- Mağazalar arası transfer sənədlərinin sistemə işlənməsi;
- Mağazada sistemdə günlük yaranan problemlərin həll edilməsində dəstək göstərmək;
- Kreditorlarla üzləşmə və ödənişlərin izlənməsi, bölgüsünün aparılması;
- Aylıq xərclərin Logo proqram təminatına işlənməsi;
- Sistem üzərindən aylıq hesabat dövrünün bağlanmasına köməklik göstərilməsi;
- Verilən tapşırıqların yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək haqqı: 700 AZN;
- 5 günlük iş həftəsi
- Nahar və korporativ nömrə şirkət tərəfindən qarşılanır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına “subject” (mövzu) hissəsində “Mühasib-operator” qeyd etməklə göndərməyiniz xahiş edilir.
Laborant
Son tarix 27 apr 2025 [email protected]
İşçiyə qoyulan tələblər:
- Ali təhsil (Kimya mühəndisliyi, Qida məhsuları mühəndisliyi)
- Müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi
- MC Office proqramlarında sərbəst istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
- Xammaldan, qablaşdırma materiallarından, hazır məhsullardan və s. nümunə götürmək, təhlil etmək və sənədləşdirmə aparmaq;
- İstehsal olunan buğda, un və s. un məmulatlarından analizlərinin aparılması;
- Glutenin yuyulma proseslərinin aparılması;
- Nəmlik səviyyəsinin ölçülməsi;
- Ələklərin düzgünlüyünün və iş fəaliyyətinin yoxlanılması;
- İstehsal edilən məhsulların rəng göstəricilərinin mütəmadi olaraq yoxlanılması və standartlara uyğunluğunun təmin edilməsi;
İş şərtləri:
- Əmək haqqı – 650 AZN
- İş qrafiki: 5 günlük iş qrafiki
- Korporativ nömrə
- Nahar şirkət tərəfindən qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Laborant” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Operator
Son tarix 27 apr 2025 [email protected]
Tələblər:
- İstehsalatda (qida sahəsində) 2 il iş təcrübəsi;
- Məsuliyyətli və işə planlı yanaşmaq;
- İşlətdiyi avadanlıqların iş prinsiplərini haqqında məlumatlı olmalı
- Bəy namizədlərə üstünlük verilir
Vəzifə öhdəlikləri:
- - Paketləmə makinalarını nizamlamaq , işlək vəziyyətə gətirmək və nəzarətdə saxlamaq
- - İstehsalat avadanlıqlarını və idarə panelini idarə etmək və istehsal olunmuş məhsulu müşahidə etmək
- - Paketləmə avadanlıqlarında ehtiyat xammalın bitməməsinə nəzarət etmək.
İş şərtləri:
- Əmək haqqı: 750 AZN;
- Növbəli iş rejimi (gecə və gündüz)
- Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Operator” qeyd etməklə göndərməyiniz xahiş edilir.