Avant Group MTK
Korporativ hüquqşünas
Son tarix 29 iyn 2024 - [email protected]
Təsvir:
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi rəy tərtib etmək və hüquqi təhlil işini icra etmək.
- Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur, proses və digər normativ sənədləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
- Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq.
- Müqavilə layihələrini tərtib etmək, həmçinin hüquqi rəy üçün daxil olan müqavilə layihələrinə rəy vermək.
- İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək.
- Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək.
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali hüquq təhsili olmalı.
- Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı.
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı.
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı.
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı.
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı.
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli.
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı.
- Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli.
- Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı.
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Əlavə məlumat:
- İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: 1600-1800 AZN nett