ASADZADE SANAN MMC
Hüquqşünas
Son tarix 26 yan 2025 - [email protected]
Yanacağı hansı bankın kartı ilə almaq daha sərfəlidir – BANKLAR, «CASHBACK»LAR - SİYAHI
Alış-verişdə ən çox bonus verən market şəbəkələri – SİYAHI, BONUSLAR, MÜQAYİSƏ
Çində yeni metapnevmovirus yayıldı – ÖLÜM NİSBƏTİ 43%-DİR!
Namizədə olan tələblər:
- Ali təhsil (hüquq və digər əlaqəli sahələr);
- MS Office bilikləri (Word, Excel, Outlook, Powerpoint);
- Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Qeyd: Hüquq bilikləri olan namizədlərə üstünlük veriləcək;
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
- Komandada işləmə bacarığı
- Yaş həddi; 30-45
İş haqqında məlumat:
- Şirkətin qanunauyğun fəaliyyətini təmin etmək üçün hüquqi sənədlərin hazırlanması;
- Şirkətin hüquqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
- Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: 1500-2000
Vakansiyaya müraciət üçün CV-ləri “Hüquqşünas” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.