Azərbaycanda bankların kartlarla bağlı ən cəlbedici təkliflərindən biri də biri yanacaq satışları üzrə «kəşbək»lərdir.
FED.az xəbər verir ki, yanacaq xərcləri əhalinin büdcəsində böyük yer tutduğuna görə, «yanacaq kəşbək»i xüsusilə avtomobil sahiblərinin kart seçimlərinə təsir edir.
FED.az avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb. Araşdırma göstərir ki, Azərbaycanda müxtəlif banklar tərəfindən təqdim olunan kartlar vasitəsilə YDM-lər üzrə ödənişlərdən 0,5-5% aralığında «cashback» qazanmaq mümkündür.
Bank kartları və yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan cashback dərəcələri aşağıda təqdim etdiyimiz cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
YDM-də qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
Azərbaycan Beynəlxalq Bankı |
3% |
100 AZN |
|
Yelo Bank |
5% |
100 AZN |
|
Xalq Bank |
3% |
300 AZN |
|
Bank of Baku |
3%, "Azpetrol" YDM-larda 7% * |
100 AZN |
|
Rabitəbank |
Kartla ödənişdə 0,5%, Apple Pay və Google Pay ödənişdə 5% |
200 AZN |
|
Bank Respublika |
2% |
300 AZN |
|
Azər-Türk Bank |
1% |
200 AZN |
|
AccessBank |
3% |
50 AZN |
|
Expressbank |
1% |
200 AZN |
|
Unibank |
0,5% |
70 AZN |
* Qeyd: "Azpetrol" YDM-larda "Bol kart" kartları ilə ödəniş etdikdə 7% "kəşbək" almaq üçün ödənişi YDM-dəki "Bank of Baku" posterminalına etmək lazımdır.