AGRO - WEST DC LLC
Əmək haqqı üzrə mühasib
Son tarix 27 may 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökümət portalına işlənməsi;
- Vahid Rüblük Hesabatın hazırlanması və təqdim olunması;
- Satış üzrə bonusların hesablanması və ödənilməsi;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
Namizədə Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Excel;
- 1C ERP proqramında (əsasən hesabatlarla və HR/Əmək haqqı modulu ilə) sərbəst işləmə bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 1200-1500 AZN
- Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə "Əmək Haqqı Üzrə Mühasib" yazaraq mail ünvanına göndərə bilərlər.
Satış Nümayəndəsi
Son tarix 10 may 2023 [email protected]
Qeyd olunan ərazilər Üzrə Satış Nümayəndələri Axtarılır:
Ərazi:Göyçay.Şirvan,Lənkəran,İsmayıllı,Ağcabədi-Bərdə,Zaqatala-İsmayıllı,Qazax
Əmək haqqı: 1200-2000 azn
Fəaliyyət sahəsi: Satış
İş qrafiki: 5 gün
İş saatı: 09 00 – 18 00
İş təcrübəsi: Satış sahəsində 1 ildən 3 ilə qədər
Təhsil: Ali/Orta
Vəzifəyə olan tələblər:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analizi aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Satış nöqtələrindən sifarişlərin götürülməsi
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə verilməsi;
Namizədə olan tələblər:
- MS Office proqramlarını bilməsi arzu olunandır;
- Satış üzrə minimum 1 il təcrübə;
- Soyuq satışların aparılmasında təcrübə;
- Şəxsi avtomobil və B,BC kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir;
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə " Ticarət Nümayəndəsi" yazaraq göndərə bilərlər.