Dövlət adından yaradılan publik hüquqi şəxs
İnsan resursları və təlim departamentinin böyük mütəxəssisi
Son tarix 11 dek 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Departament direktoru və ya direktorun müavini tərəfindən həvalə olunmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Departamentə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Departamentin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və tabe olduğu departamentin direktoruna təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- İnsan Resurslarına dair prosedurları hazırlamaq və izləmək;
- AR-nın Əmək qanunvericiliyi biliklərinə sahib olmaq;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkil edilməsində iştirak etmək;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və işçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və tələb olunan dəyişikliklərin edilməsi;
- Əmək müqavilərələrinin, məzuniyyət, işəqəbul, xitam, ezamiyyət və s. əmrlərin, ərizə və müraciətlərin qanunvericiliyə uyğun tərtib etmək;
- Səlahiyyəti daxilində departamentə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavab məktublarının layihələrini hazırlamaq və ya bu işlərin həyata keçirilməsində iştirak etmək;
- Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi;
- “E-gov.az” elektron portalı üzrə rəsmi bildirişləri təmin etmək və onlara nəzarət etmək;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi;
- İşə qəbul prosesində vakansiya və müsahibələri izləmək;
- Öyrənmə ehtiyaclarını sorğulamaq və təlim matrisini hazırlamaq;
- Əməyi dərəcələndirmək;
- Kadr kargüzarlığı sistemlərini qurmaq, məxfilik rejimini təmin etmək;
- Vakansiya tələbini müəyyən etmək;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və qurumun rəhbərinin əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün.
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: İqtisadiyyat, hüquq, idarəetmə, sosial elmlər və ya oxşar sahələr üzrə ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 2 il iş stajı;
- Yaş: 23 yaşdan yuxarı;
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B1; Rus dili – B1.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
- Yazılı və şifahi kommunikasiya bacarığı;
- Təqdimat bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və təlim departamentinin böyük mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur
Dövlət adından yaradılan publik hüquqi şəxs
Hüquq departamentinin aparıcı mütəxəssisi
Son tarix 11 dek 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Departament direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirmək;
- Həvalə olunmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Quruma daxil olan və ya qurumun strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların, müqavilələrin (sazişlərin), digər qanunvericilik və təşkilati-sərəncam sənədlərinin layihələrinin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək və müvafiq rəylər vermək;
- Qurumun strukturlarının fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
- Qurumu bütün dövlət orqanlarında, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya, qeyri-kommersiya qurumlarında, həmçinin fiziki şəxslərə münasibətdə təmsil etmək;
- Qanunvericilik aktları üzrə şərh və izah vermək;
- Qurumun fəaliyyəti ilə əlaqədar müxtəlif növ müqavilələri hazırlamaq;
- Qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi, habelə qurumun struktur bölmələrinin əməkdaşlarını məlumatlandırmaq;
- Qurumun bağladığı xidmət, alğı-satqı və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Bütün daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxmaq, araşdıraraq cavablandırılmasını təmin etmək;
- Qurumda istifadə olunan sənədlərin şablonlarının hazırlanmasında iştirak etmək, qurumun fəaliyyətini tənzimləyən bütün növ prosedur, qayda və təlimatları hazırlamaq və onlara hüquqi rəy vermək.
- Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən quruma ünvanlanmış və icrası departamentə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Qurumun hüquq və qanuni mənafelərini məhkəmələrdə müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
- Qurumun strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil etmək və ümumiləşdirmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və digər normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 24 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq departamentinin aparıcı mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Dövlət adından yaradılan publik hüquqi şəxs
İnsan resursları və təlim departamentinin direktoru
Son tarix 11 dek 2022 [email protected]
Vəzifə öhdəlikləri:
- Departamentin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Departamenti təmsil etmək;
- Departament tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Departamentə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
- Departamentin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- İnsan Resurslarına dair prosedurları hazırlamaq və izləmək;
- AR-nın Əmək qanunvericiliyi biliklərinə sahib olmaq;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil etmək;
- Baza əmək haqqı sisteminin yaradılmasında iştirak etmək;
- Mükafatlandırma və motivasiya sistemini qurmaq və tətbiq etmək;
- Əməkdaşların performans qiymətləndirilməsini təşkil etmək və yeni təklifləri irəli sürmək;
- Kadr bazasını yaratmaq və idarə etmək, işçilərin qeydiyyatının aparılması işini təşkil etmək;
- Kadr sənədləşdirmələrinin düzgün gedişatına nəzarət etmək, elektron hökümət portalından asan imza əsasında istifadəni təmin etmək;
- Əmək müqavilərələrinin, məzuniyyət, işəqəbul, xitam, ezamiyyət və s. əmrlərin, ərizə və müraciətlərin qanunvericiliyə uyğun tərtib etmək, vaxtında və düzgün verilməsinə nəzarət etmək;
- “E-gov.az” elektron portalı üzrə rəsmi bildirişləri təmin etmək və onlara nəzarət etmək;
- Aylıq əmək haqqlarını hesablamaq və ödənişi təmin etmək;
- Yaranan əmək mübahisələrini vaxtında və müvəffəqiyyətlə həll etmək;
- Vaxtaşırı olaraq iş yerləri və işçilərin attestasiyasının keçirilməsini təşkil etmək və qanunvericiliyə uyğun olaraq gedişatını tənzimləmək;
- Vəzifə təlimatlarını hazırlamaq;
- Optimal işçi sayını hesablamaq;
- Təşkilati-strukturu hazırlamaq;
- İşə qəbul prosesində vakansiya və müsahibələri izləmək;
- Öyrənmə ehtiyaclarını öyrənmək və təlim matrisini hazırlamaq;
- Əməyi dərəcələndirmək;
- Kadr kargüzarlığı sistemlərini qurmaq, məxfilik rejimini təmin
etmək; - Vakansiya tələbini müəyyən etmək;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Kadrlar üzrə hesabatlılığın aparılması və aidiyyatı hesabatların müəyyən edilmiş vaxtlarda tələb olunan yerə təqdim edilməsi.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 10 il iş stajı;
- Yaş: 30 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili – C1
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və təlim departamentinin direktoru” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.