“Meqa Sığorta” ASC-nin Sumqayıt filialına sığorta məhsullarının satışı üzrə yeni komanda üzvləri tələb olunur.
Vakansiya: Filial müdiri.
Namizədlərə olan tələblər:
- Təhsil: Ali.
- Şəxsi keyfiyyətlər: Dəqiqlik, Müştərilərlə rahat ünsiyyət qurmaq.
- İş təcrübəsi: Ümumi iş stajı 5 il, onlardan sığorta sektoru üzrə satış sahəsində minimum 3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili.
Əsas vəzifə öhdəlikləri
- Yeni satış kanallarının cəlb olunması.
- Potensial müştərilərlə görüşlər təşkil etmək.
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
- Könüllü Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.
İş şərtləri:
- Əmək müqaviləsi əsasında.
- İş qrafiki: I-V günlər (09:00-18:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: Namizədin təcrübə və satış bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir.
Zəhmət olmasa mövzü bölməsində “Sumqayıt filialı” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.