Ram Holding
Daxili nəzarət və təftiş üzrə mütəxəssis
Son tarix 20 mar 2024 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. ilə əlaqədar istiqamət üzrə);
 - Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 2 il iş təcrübəsi;
 - MS Excel bilikləri – yüksək səviyyədə;
 - 1C ERP ilə işləmək təcrübəsi arzuolunandır;
 - Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolanındır;
 - Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
 - Ezamiyyətlərə getməyə hazır olmalı;
 - Sürücülük vəsiqəsi.
 
Vəzifə öhdəlikləri:
- Daxili nəzarət və təftiş mütəxəssisi funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərində iştirak etmək;
 - Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanmasını təmin etmək;
 - Planlı və operativ yoxlamalarda iştirak etmək ;
 - Daxili proseslərin monitorinqində iştirak;
 - Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
 
İş şərtlərimiz:
- Əmək haqqı: 1500-1800 AZN nett;
 - İş qrafiki : Tam iş günü (5 gün);
 - İş saatları: 08:30-17:30;
 - İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
 - Servis xidməti.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət və təftiş üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







