Dövlət qurumu
Warehouse manager
Son tarix 04 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Anbar hərəkətinə nəzarət etmək
- Mal-materialın və əsas vəsaitlərin hərəkətinə nəzarət etmək
- İnventarizasiyanı həyata keçirmək
- Anbarın fəaliyyətini və digər struktur bölmələr ilə qarşılıqlı münasibətini təşkil etmək
- Anbardan tələb olunan malların vaxtında və düzgün təyinatı üzrə çatdırılmasını təmin etmək
- Anbardan məxaric olan malların və əsas vəsaitlərin aktlarının və sənədlərinin hazırlanması
- Anbarda olan mal-materialın və əsas vəsaitlərin sayının və mühasibat uçotunun düzgünlüyünə nəzarət etmək
- Anbardaxili əməliyyatların gündəlik uçotunun aparılması
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Anbarda olan mal-materialın və əsas vəsaitlərin fiziki vəziyyətinə nəzarət etmək
- Anbarlarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan işçi heyətdən bunu tələb etmək;
- Anbarın inkişafının daim təmin edilməsi və yeni fikirlərin təklif edilməsi
- İşçilərin davamlı monitorinqi və müştərinin məmnun qalmasını təmin etmək üçün fəaliyyətlərinin təşkili
- Müvafiq hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələb olunan bilik və bacarıqlar:
- Logistika, anbar idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil
- Anbar müdiri və ya oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi
- Anbar əməliyyatlarının idarə edilməsi sahəsində SAP sistemi ilə iş təcrübəsi
- IT məhsullarla iş təcrübəsi və biliyin olması üstünlükdür
- Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Anbar işçilərinin işini səmərəli idarə etmək bacarığı
- Anbar sahəsinin optimallaşdırılması və saxlama proseslərinin təkmilləşdirilməsi üzrə təcrübə
- Anbarda yanğın təhlükəsizliyi standartları və qaydaları haqqında biliklər
- Avadanlıqların və inventarların vəziyyətinə nəzarət üzrə təcrübə
- Təchizatçılar, müştərilər və komanda üzvləri ilə qarşılıqlı əlaqə yaratmaq üçün ünsiyyət bacarıqları
- Məlumatları təhlil etmək və alınan məlumat əsasında qərar qəbul etmək bacarığı
- Məsuliyyət, punktuallıq, təşkilatçılıq, təşəbbüskarlıq.
- Azərbaycan dili sərbəst; rus və ya ingilis dili arzuolunandır
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, qeyd edlmiş e-mail ünvanına göndərə bilərlər.
Referent
Son tarix 04 okt 2024 [email protected]
Vəzifələr
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq işlərin görülməsi
- Elektron sistem daxilində kargüzarlıq işlərinin səmərəli təşkili
- Sənədlərin sistemləşdirilməsi, qeydiyyatının aparılması və saxlanılması
- Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi
- Rəhbərliyin digər göstərişlərinin vaxtında yerinə yetirilməsi
- Müdiriyyət və idarəyə gələn qonaqların qarşılanması, çay/kofe və s. təqdim olunması
- İşgüzar görüşlərin təşkili
- Keçirilmiş görüşlərlə bağlı protokolların hazırlanması və təqdimatların keçirilməsi
İş qrafiki
- 6 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
- İstirahət günləri- bazar
Namizədə Tələblər
- Təhsil: Ali/Orta ixtisas
- İş təcrübəsi : minimum 1 il
- Yaş : 25 – 35
- Cins : Qadın
- Dil bilikləri: Azərbaycan və ingilis dili
- Yüksək təqdimat bacarığı
- Office proqramlarında işləmək bacarığı (Word, Excel, Power Point,);
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
- İşində dəqiq və məsuliyyətli
- İnsanlarla xoş ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Komandada işləmək bacarığı
Üstünlüklərimiz
- Nəqliyyat servisi ilə təmin edilmə
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək və peşəkar təcrübə qazanmaq imkanı
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. Uyğun namizədlər CV-lərini "Direktor assistenti" başlığı ilə [email protected] email ünvanına göndərə bilərlər.