Dövlət qurumu
ERP üzrə şöbə müdiri
Son tarix 08 iyn 2024 - [email protected]
Öhdəliklər:
- 1C bazasının idarə edilməsi (yenilənmə, ehtiyat nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.)
 - ERP komandasına rəhbərlik edir və lazım olduqda təlimat və istiqamət verir
 - ERP sisteminin dizaynı, konfiqurasiyası, sınaqdan keçirilməsi və tətbiqinə rəhbərlik etmək;
 - ERP sistemlərinin inteqrasiyasını və biznes ehtiyaclarına uyğun olmasını təmin etmək;
 - Tabeli alt qurumların ERP həllinə inteqrasiyasında fəal iştirak və nəzarət edilməsi;
 - Təşkilatın, əməkdaşların fəaliyyətini təhlil etmək və bu təhlillər nəticəsində müvafiq təkliflər vermək;
 - Avtomatlaşdırılmış biznes proseslərin dayanıqlı və təhlükəsiz işləməsinə nəzarət etmək;
 - Data idarəetmə təcrübəsi: Data Təhlükəsizliyi, Data Arxitekturası, Data mübadiləsi, Data analizi;
 - ERP sistemin verilənlər bazasının informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək;
 - Əməkdaşların ERP həllindən səmərəli istifadə etmələrinə dəstək göstərilməsi;
 - İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülməsi;
 - Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
 - Üçüncü tərəf 1C dəstək şirkətlərlərinə tapşırıqların ötürülməsi və təhvil alınması prosesində iştirak etmək;
 - Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək.
 
Təhsil və ixtisas tələbləri:
- Peşəsi üzrə tam ali təhsil;
 - Uğurlu ERP layihələrində iştirak;
 - Mühasibat uçotu bilikləri;
 - Mühasibat uçotu üzrə sertifikatların olması əlavə üstünlükdür.
 
Təcrübə:
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi tələb olunur
 
Dil bacarıqları:
- Azərbaycan dilini səlis bilməlidir.
 - İngilis və Rus dillərini bilməsi əlavə üstünlükdür.
 
Texniki bacarıqlar:
- Excel və 1C (8.3) proqramında işləmək bacarığı;
 - Beynəlxalq İT standartları üzrə biliklər;
 - Proqram təminatını layihələndirmə prosesi və alqoritmləri bilmək.
 
Digər tələb olunan bacarıqlar:
- Təşkilatçılıq bacarığı;
 - İşə planlı yanaşma bacarığı;
 - Analitik düşünmə qabiliyyəti;
 - Problemi həll etmək bacarığı;
 - Ünsiyyət bacarığı;
 - Məsuliyyətli və punktual olmaq;
 - Komandada işləmək bacarığı.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ERP üzrə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







