Bu şirkətlər işçiər axtarır - MAAŞ 400-500-600-700-800-900-1000-1200-1500-2000 MANAT - 21 VAKANSİYA
"PASHA Holding" işçiər axtarır - VAKANSİYALAR
"Efendiler Group" işçi axtarır - MAAŞ 3000 MANAT - VAKANSİYA
"North West" işçilər axtarır - VAKANSİYALAR
"Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA
"PMD Projects LLC" işçi axtarır - VAKANSİYA
Beynəlxalq kargo şirkəti işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT - VAKANSİYA
Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır - VAKANSİYA
VAKANSİYA 1
Seaport Catering
Korporativ satış üzrə operator
Son tarix 18 iyl 2025 - [email protected]
Elanın təsviri:
- Cinsiyyət: Xanım
- Ərazi: Bakı
- Staj: 1 - 3 il
- Yaş: 20 — 35 yaş
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
- Müştəri bazasının genişləndirilməsi;
- Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələr üzrə müqavilə və digər sənədləşmələri həyata keçirilməsi;
- İştirak edilən tenderlər haqqında dövrü hesabatlar hazırlanması.
- Şirkətlərin sosial şəbəkələrdə axtarışı, rəhbər şəxslərə əlqələndirməsi və görüşlərin təşkil edilməsi.
Namizədə tələblər:
- Ali təhsil
- Dil bilikləri : Azərbaycan, rus; ingilis dili arzuolunandır.
- E-tender portalında işləmə bacarığı - Müvafiq sahə üzrə iş təcrübəsi
- Ünsiyyət qurma, fikrini səlis izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- Linkedin, FaceBook və digər social şəbəkələrdə sərbəst istifadə bacarığı,potensial şirkət axtarışı
- Software bacarıqlarının olması
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00.
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı 800 manat
Qeyd: Yalnız uyğun namizədlər Korporativ satış üzrə operator qeyd edərək CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilərsiz.
VAKANSİYA 2
Salut Marketing Agency
Grafic designer
Son tarix 18 iyl 2025 [email protected]
Responsibilities:
- Create compelling and effective logos, designs, print, and digital media.
- Maintain awareness of current industry and technology standards, social media trends, competitive landscape, and market developments.
- Design visually stunning materials for various mediums, including but not limited to digital platforms, print collateral, advertising campaigns, presentations, and videos.
- Develop and maintain brand guidelines, ensuring consistency in visual elements and tones across all design assets.
- Continuously evolve and refine brand identity to keep it fresh and relevant.
- Working to develop innovative graphic designs that align with business goals.
Qualifications:
- minimum 1 year of experience in graphic design.
- Proficient in Adobe Creative Suite (Corel Draw, Photoshop, Illustrator, Edesign, etc.).
- Strong communication, conceptual thinking, typography, and design skills.
- A portfolio of work that demonstrates passion and expertise in graphic design.
- Experience in working with different design platforms (digital and print forms).
What We Offer:
- Working hours: Five days a week (09:00–18:00).
- 600+ salary based on skills and experience.
- Official employment with a contract in compliance with Azerbaijani labor laws.
How to Apply:
- Dear candidates, please send your CV and portfolio with the subject line 'Graphic Designer' to the e-mail address in the Apply for job button.
VAKANSİYA 3
Çinar Park QSC
Dayanacaq nəzarətçisi
Son tarix 18 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştərilərə avtomobilləri düzgün və rahat saxlamaq məqsədi ilə köməklik göstərmək.
- Avtomobillərin düzgün şəkildə yerləşdirilməsinə nəzarət etmək.
- Müştərilərə nəzakətlə xidmət göstərmək və zərurət olduqda məlumat vermək.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
- Diqqətli və məsuliyyətli olmaq.
- Müştərilərlə ünsiyyət qurma bacarığı.
- Sürücülük vəsiqəsi mütləqdir.
- Yaş həddi: 25-40
İş barədə:
- Əmək haqqı: 500 AZN
- İş qrafiki: 5 günlük
- Naharla təmin olunur.
Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsinə “Dayanacaq nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya whatsapp üzərindən 0512321627 nömrəsinə yaza bilərlər.
VAKANSİYA 4
Qala Group
Tabel üzrə Mütəxəssis (Sea Breeze layihəsi üzrə)
Son tarix 18 iyl 2025 - Müraciət et
İş şəraiti:
- İş yeri: Sea Breeze ərazisi, tikinti sahəsi
- Struktur: Tikinti layihəsinin idarəedilməsi komandası
- İşçi sayı: Təxminən 600 nəfər
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində çalışan mühəndis, iş icraçıları, usta və fəhlə heyətinin gündəlik davamiyyətinin qeydiyyatını aparmaq
- Tabel uçotu sistemini dəqiq şəkildə idarə etmək və rəhbərliyə təqdim ediləcək gündəlik/aylıq hesabatları hazırlamaq
- Davamiyyətə dair mənbə sənədlərinin düzgünlüyünə nəzarət etmək və mövcudluq uyğunsuzluqlarını araşdırmaq
- Sahə rəhbərləri ilə əməkdaşlıq edərək real vaxtlı davamiyyət nəzarətini təmin etmək
- Əməkdaşların iş rejiminə, naryad və növbəlilik sisteminə uyğunluğuna nəzarət etmək
- Excel və digər elektron sistemlər vasitəsilə davamiyyət bazasının idarə olunması
- Əməkdaşların giriş-çıxış və fasilə saatlarının analitik təhlilini aparmaq, uyğunsuzluqlar üzrə geribildirim vermək
Tələblər:
- Tabel uçotu, davamiyyət idarəçiliyi və ya işçi heyətinin qeydiyyatı sahəsində minimum 1 il iş təcrübəsi
- Əla səviyyədə Microsoft Excel bacarığı (formullar, pivot table, conditional formatting və s.)
- Analitik düşüncə və detallara diqqət
- Çevik, operativ və qaydalara uyğun işləmə bacarığı
- Sahədə işləməyə uyğun intizamlı və məsuliyyətli yanaşma
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus dili arzuolunandır)
Təklif olunur:
- Böyük tikinti layihəsində təcrübə qazanmaq imkanı
- Rəqabətli əməkhaqqı
- Peşəkar və dinamik komanda ilə əməkdaşlıq
- Gündəlik sahə təcrübəsinə əsaslanan real nəticə əsaslı iş modeli
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
VAKANSİYA 5
İMEC Mühəndislik
SMM Meneceri
Son tarix 18 iyl 2025 - [email protected]
İş barədə məlumat:
- Şirkətin sosial media hesablarının idarə olunması
- Ofisdə və sahədə profesional çəkilişlər etmək,videoların editlənməsi
- Sosial media üçün postlar dizayn etmək
- Sosial media postlarının reklamı
- Sosial media hesablarına gələn sualların operativ cavablandırılması
Tələb olunan bilik və bacarıqlar:
- Mühəndislik şirkəti olduğu üçün sahədə çəkilişlər olacaq. Bəy namizədlərə üstünlük veriləcək
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Xaricdən olunan müraciətlər üçün orta dərəcədə ingilis dili
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- Kompüter bilikləri: Post dizayn etmək və video editləmək üçün lazım olan proqramları bilməli
- Komanda ilə işləmə bacarığı;
- Yenilikçi, məsuliyyətli və karyerasını bizimlə qurmağa həvəsli olmalı
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 09:00-18:00
- Nahar vaxtı: 13:00-14:00
- İstirahət günü: şənbə, bazar
- Əmək haqqı: 500 AZN(başlanğıc)
- İş yeri: Xətai rayonu,8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi.
- Rəsmi sənədləşmə
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “SMM meneceri” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 6
Mister Tum
Əməliyyatçı-operator
Son tarix 18 iyl 2025 - [email protected]
Namizədə tələblər:
- Ali təhsil
- MS Office Excel proqramı
- LOGO Tiger arzuolunandır.
- Tayqa Tech arzuolunandır.
- İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
Əsas vəzifə öhdəlikləri:
- Satış üçün tələb olunan sənədlərin (LOGO-Tiger) tərtib olunması;
- Müştəri və market məlumatlarının ERP (LOGO-Tiger) daxil edilməsi;
- Mal-material məlumatlarının ERP (LOGO-Tiger) daxil edilməsi;
- Daxili qaydalara uyğun olaraq əməliyyat şöbəsinə həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
İş şəraiti:
- İş yeri: Bakı şəh. Binəqədi qəsəbəsi.
- 6 günlük iş rejimi;
- Nahar təminatı
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Əməliyyatçı operator” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 7
NBCO KredAqro
Müştəri İşləri üzrə Koordinator (Bakı)
Son tarix 18 iyl 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- "KredAqro" BOKT MMC-nin Baş Ofisində bütün sığorta işləri üzrə sənədləşmənin təşkili, bu sahəyə dair hesabatların tərtib edilməsi, əməkdaşlıq etdiyimiz sığorta şirkətləri ilə koordinasiya;
- Azərbaycan Kredit Bürosundan müştəri məlumatlarının sorğulanması və yüklənməsi işinin icrası;
- Kredit sənədlərinin elektron və fayl kabinetlərdə arxivləşdirilməsini həyata keçirmək və qorunub saxlanılmasına nəzarət etmək;
- Mərkəzi Kredit Komitəsinin iclaslarını protokollaşdırmaq və aidiyyatı üzrə filiallar ilə tanış etmək;
- Hər il arxivə təhvil verilən və məhv edilən sənədlərin seçimini aparmaq.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit və ya Arxiv sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 600-700 manat gross.
Tələblərə cavab verən şəxslərdən CV – lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Müştəri İşləri üzrə Koordinator” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 8
Novex Group
Daxili Audit üzrə Menecer
Son tarix 18 iyl 2025 - [email protected]
İşin təsviri:
- Daxili audit planının hazırlanmasında iştirak;
- Daxili audit fəaliyyətlərini təsdiq edilmiş plan və metodologiyaya uyğun təşkil və idarə etmək;
- Audit layihələrinin icrasını koordinasiya etmək, iş bölgüsünü təşkil etmək və keyfiyyətə nəzarət etmək;
- Audit yoxlamalarının nəticələrinə dair hesabatların hazırlanmasına nəzarət və aidiyyəti rəhbər şəxslərlə müzakirə aparmaq;
- Audit sənədlərinin tamlığına, düzgün tərtibatına və arxivləşdirilməsinə nəzarət etmək;
- Audit komandasını idarə etmək və peşəkar inkişafını dəstəkləmək;
- Zərurət yarandıqda xüsusi araşdırmalara rəhbərlik etmək;
- Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqini təşkil etmək;
- Daxili audit fəaliyyətini mövcud qanunvericilik, beynəlxalq standartlar və daxili prosedurlara uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Audit sahəsində yeni yanaşmaları, beynəlxalq təcrübələri izləmək və təkmilləşdirici təkliflər vermək;
- Zərurət olduqda Daxili audit rəhbərini şəxsi əvəz etmək və onun tərəfindən verilən digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
- Audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi (FMCG və istehsalat sahələrində təcrübə üstünlükdür);
- Azərbaycan və İngilis dillərini əla bilmək;
- Microsoft Office proqramlarını (xüsusilə, Excel, Word) yüksək səviyyədə bilmək (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları üzrə biliklər ;
- Qanunvericilik (vergi, əmək və s.) üzrə biliklər;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Liderlik, idarəetmə və strateji düşünmə bacarıqları;
- Vaxtın səmərəli idarə edilməsi və komanda ilə işləmək bacarıqları;
- Analitik təhlil, problemləri həll etmə və müşahidə bacarıqları;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
- Könüllü tibbi sığorta;
- Təlim və inkişaf imkanları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili Audit üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 9
Gens Elektrik
Xəzinədar
Son tarix 18 iyl 2025 [email protected]
Tələblər:
- Xanım namizədlər;
- Ali təhsil (riyazi, maliyyə üzrə);
- İş təcrübəsi: min. 1 il ;
- Yaş aralığı: 22-35 yaş;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- 1C 8.3 mühasibatlıq proqramında işləmək bacarığı (arzu olunandır);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İşin təsviri:
- Daxil olmuş pulların sayılması;
- Nağd pul vəsaitləri ilə bağlı əməliyyatların şirkətin daxili siyasət və prosedurlarına, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması;
- Gündəlik, həftəlik və aylıq kassa hərəkəti barədə hesabatların zamanında hazırlanması və rəhbərliyə təqdim olunması;
- Post Terminal əməliyyatlarıi;
- Kassa qalıqlarının gündəlik inventarizasiyasının keçirilməsi;
İş şəraiti:
- İş vaxtı: 09:00 - 18:00 (Bazar ertəsi – Şənbə);
- Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 185;
- Əmək haqqı 600-900 AZN (təcrübədən asılı olaraq).
- Qeyd edilən ünvana yaxın qalan və kirayə qalmayan namizədlər müraciət etsinlər.
Əlaqə: Qeyd olunmuş şərtlərə uyğun olan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
VAKANSİYA 10
İstisu mineral su zavodu MMC
Mikrobioloq
Son tarix 19 iyl 2025 [email protected]
İş barədə məlumat
- Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya müdirinə məlumat vermək;
- Nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
- Avadanlıqların sanitar vəziyyətinin yoxlanması və mikrobioloji analizlərin olunması;
- Su və digər məhsulların mikrobioloji analizlərinin aparılması;
- Analiz ediləcək məhsullarının normativ sənədlərinə və sanitariya-gigiyena tələblərinə uyğun müayinələrinin tam formada həyata keçirilib dəyərləndirilməsinin həyata keçirilməsi;
- Mikrobioloji hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi və mikrobioloji nəticələr üzrə rəyin verilməsi;
- Qida mühitlərinin, reaktivlərin və məhlulların hazırlanması;
- Sənədlərin tərtib edilməsi və keyfiyyət şəhadətnaməsində mikrobioloji nəticələrin təsdiqlənməsi;
- Mikrobioloji zərurət halı olan məhsulun analizinin həyata keçirilməsi, nümunələrin analizi üçün reaktivlərin hazırlanması, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.
Namizədə tələblər
- Ali təhsil (Standartlaşdırma və sertifikasiya Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar)
- İSO standart tələblərini bilməli
- Qida sahəsində iş təcrübəsi mütləqdir
- Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli
- Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki biliklər
- Sertifikatların olması üstünlükdür
- Bu sahədə ən azı 2-3 illik iş təcrübəsi
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mikrobioloq” başlığı ilə göndərə bilər.
VAKANSİYA 11
Premium Medical Assistance
Orta tibb işçiləri (feldşer və tibb bacısı)
Son tarix 18 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- İlkin tibbi yardım;
- İlkin diaqnozun təyin edilməsi, ;
- Müasir müalicə metodlarla yardım və s.;
- Tələb edilən iş təcrübəsi: minimum 3-5 il.
Namizədə tələblər:
- Tibbi təhsil və təcrübə;
- Müasir müalicə və müayinə üsulları barədə məlumatlı olmalı;
- Ünsiyyətçil olmalı və komandada çalışma bacarığına sahib olmalı.
Təklifimiz:
- İş qrafiki: 15 gün;
- Əmək haqqı: 900-1000 AZN;
- İş yeri: dəniz.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: +994 70 282 28 66
VAKANSİYA 12
AzRose
Satınalma üzrə baş/aparıcı mütəxəssis (Qəbələ)
Son tarix 19 iyl 2025 - Müraciət et
Təsvir
- Müəssisənin satınalma tələbatının müəyyən edilməsi
- Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması;
- Sorğuların təşkili və təchizatçının seçilməsi;
- Daxili satınalma qaydalarına uyğun tenderlərin və kotirovka sorğularının təşkili və aparılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırmasının aparılması;
- Müqavilənin icrasına aid sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, hüquq və ya müvafiq sahə üzrə) ;
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi, Kənd təsərrüfatı sahəsində iş təcrübəsinin olması üstünlüklüdür;
- Dövlət subsidiyaları proqramlarını bilmək;
- Xarici satınalmalar təcrübəsi;
- Azərbaycan dili- sərbəst, İnglis dili yaxşı səviyyədə;
- ERP (1C) işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.
İş yeri - Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
İmtiyazlar
- Könüllü tibbi siğorta
- Nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 13
Uni Ko QSC
İnsan resursları üzrə təcrübəçi
Son tarix 18 iyl 2025 Müraciət et
Tələblər:
- Ali təhsil;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər üstünlükdür;
- Əlavə dil biliyi arzuolunandır;
- Komandada işləmək bacarığı;
Vəzifələr:
- İnsan resursları üzrə əməliyyatların icrasında köməklik göstərmək.
- İR Rəsmi sənədləşmə prosesində köməklik göstərmək.
- (1C) proqramına yeni işçilərin məlumatlarının daxil edilməsi.
İş şəraiti:
- Əmək haqqı: 400 AZN;
- İş qrafiki: 5 günlük;
- İş saatları: 09:00-18:00;
- Ünvan: Xətai rayonu., İzzət Orucova 1.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
VAKANSİYA 14
ALL SERVİCE GROUP MMC
Агент по продаже авиабилетов
Son tarix 18 iyl 2025 [email protected]
Обязанности:
- Бронирование и продажа авиабилетов через системы Galileo и Amadeus
- Ведение отчётности по продажам
- Эффективная коммуникация с клиентами и своевременная обработка запросов
Требования:
- Опыт работы с Galileo и/или Amadeus обязателен
- Уверенное владение MS Office и Outlook
- Свободное знание азербайджанского и русского языков, английский — преимущество
- Внимательность, ответственность, умение работать в команде
- Опыт в туристической сфере от 1 года
Условия:
- График: чередование графиков 5/2 и 6/1
- Заработная плата: 700–1000 AZN + бонус
- Дружный коллектив и стабильная компания
CV отправлять с темой «Агент по продаже билетов» на электронный адрес в кнопке Откликнуться.
VAKANSİYA 15
Bridge Group of Companies
İşə qəbul üzrə mütəxəssis
Son tarix 18 iyl 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: “Bridge Plaza”, Bakı şəh., Bakıxanov küç.6
- İş qrafiki: 5/2, 09:00-18:00;
- Əmək haqqı: 1000 -1200 AZN;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
Namizədə tələblər:
- Ali təhsil - (İnsan resursları, İdarəetmə, psixologiya və ya əlaqədar ixtisaslar);
- İşə qəbul üzrə (Recruitment) 2 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Headhunting bacarığlı;
- Müsahibələri sərbəst təşkil etmək bacarığlı;
- Sosial şəbəkələrdə aktiv olmaq (əsasən Linkedİn);
Vəzifə öhdəlikləri:
- Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası;
- Daxil olan Vakansiya tələbinə əsasən işçi ehtiyacının təhlili;
- Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəlmə portalları, sosial və peşəkar şəbəkələr (məs. LinkedIn)) və s.;
- CV-lərin screeningi, namizədlərin short listinin hazırlanması və ilkin müsahibənin keçirilməsi
- Müsahibələrin online və ya offline təşkili, referansların alınması;
- Ehtiyac olarsa, namizədlər üçün test mərhələnin keçirilməsi, ilkin seçimi və müvafiq struktur bölməyə yönləndirilməsi;
- Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi;
- İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması;
- Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi;
- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması,tətbiqi, sınaq müddətlərinin izlənilməsi;
- İşçilərin davamiyyətinin izlənməsi və uçotunun aparılması
- Strukturlar üzrə təlim ehtiyaclarının müəyyən edilməsi və təlimin təşkilini həyata keçirmək
- Əmək yarmarkalarında iştirak etmək, gənc namizədlər üçün müxtəlif lahiyələri hazırlamaq və təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv işləmək, istedadlı mütəxəssisləri cəlb etmək
- İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "İşə qəbul üzrə baş mütəxəssis" qeyd etməklə göndərə bilərlər. Yalnız qeyd edilən tələblərə cavab verən CV-lərə baxılacaqdır.
VAKANSİYA 16
Amina and S Group
Sənədlərə nəzarət üzrə mütəxəssis
Son tarix 18 iyl 2025 [email protected]
Vəzifə və öhdəliklər:
- QA/QC sənədlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq yoxlanılması, nömrələnib sistemə yüklənməsi;
- Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin təşkil edilməsi;
- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
Tələblər:
- Ali təhsil;
- Qeyd olunan sahədə azı 3-5 il iş təcrübəsi;
- Azərbaycan dili əla, İngilis dili və Rus dillərini en azı orta səviyyədə bilməli;
- Yaş həddi: 25-40;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Həftədə 2 gün istirahət.
- Əlaqə üçün: 010-225-30-89
- Əmək Haqqı: 800-1000 azn
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 17
Foton
Planlama üzrə kiçik mühəndis
Son tarix 18 iyl 2025 - [email protected]
Nə təklif edirik?
- Aylıq NET əmək haqqı: 1300-1500 AZN
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Müvafiq proqram təminatının tətbiqi ilə təmir və tikinti layihələrinə uyğun iş planının hazırlanması, sahə yerləşməsi, sahə struktur sxemlərini hazırlamaq;
- İş planına nəzarət, planlaşdırılan və faktiki irəliləyişin müqayisəsi, həftəlik/aylıq/illik hesabatların hazırlanması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib edir. Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərir. Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün mühəndislərlə müzakirə aparmaq, gecikən işləri yenidən planlanmaq;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Primavera P6, Autocad;
- Danışıq səviyyəsində ingilis dili biliyi (rus dili biliyi üstünlükdür);
- MS Office proqramları biliyi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri
CV-lərinizi “Planlama üzrə kiçik mühəndis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 18
MJ Finance
Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi
Son tarix 18 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Məhkəmə qərarlarının icrası ilə əlaqədar İcra Şöbələrində borclular haqqında hüquqi tədbirlərin görülməsi ilə əlaqədar məktub və ya ərizələrin hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 1 ildən çox təcrübə. İcra orqanlarında təcrübəsi olan namizədlərə üstünlük verilir;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
- İş şəraitinin şərtlərini nəzərə alaraq xanım namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: NETT 600 AZN
- İş yeri: Bakı, Nərimanov rayonu
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır
VAKANSİYA 19
Best Soft
1C Proqramçı
Son tarix 18 iyl 2025 - [email protected]
Требования к кандидату:
- Мужчина, Женщина, возраст 21-35 лет;
- Высшее/неполное высшее образование (жетально техническое или экономическое);
- Владение русским языком;
- Быстрая обучаемость, трудолюбие, ответственность и порядочность;
- Базовые знания прикладного программирования;
- Опыт участия в проектах по внедрению программных продуктов на базе 1С:Предприятие;
- Навыки по разработке и тестированию программных продуктов на базе 1С:Предприятие;
- Желательны базовые знания основ управленческого, бухгалтерского и налогового учета торговых и производственных предприятий;
Описание работы:
- Участие в проектах по внедрению программных продуктов на базе 1С:Предприятие (далее "программный продукт");
- Выявление требований по разработке и доработке программных продуктов;
- Разработка и доработка программных продуктов;
- Тестирование и сдача программного продукта после выполненных доработок;
- Условия работы:
- Sabit əmək haqqı 1500-2000 AZN + Aylıq bonuslar;
- Трудоустройство согласно Трудовому кодексу Азербайджанской Республики;
- Питание за счет компании;
- Фитнес-клуб за счет компании;
- Обучение и сертификация за счет компании;
- Дружный и сплоченный коллектив;
- Разнообразные и интересные проекты;
- Рабочий график 09:00 - 18:00 (понедельник - пятница);
Интересующиеся кандидаты могут отправить свое резюме на электронный адрес в кнопке Откликнуться.
VAKANSİYA 20
Daşkəsən Dəmir Filiz MMC
Metallurq
Son tarix 18 iyl 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mineral proseslərin günlük və həftəlik fəaliyyətini göstərən hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək;
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
- Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək və hesabatların hazırlanmasında birbaşa iştirak etmək
- Daxili və xarici laboratoriyalarda aparılan metallurji sınaqların hesabatlılığını təşkil etmək;
- Aparılan sınaqların standart və prosedurlara uyğunluğuna nəzarət etmək;
- Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını birbaşa rəhbərini məlumatlandırmaqla vaxtında və tam icra etmək
Namizədə tələblər:
- Metallurgiya mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili və ingilis dili biliyi,yaxşı səviyyədə rus dili biliyi;
- MS Office proqramları üzrə biliklər;
Digər məlumatlar:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko küç 73
- Ezamiyyə imkanları
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Metallurq” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 21
ALL SERVİCE GROUP MMC
Агент по продаже авиабилетов
Son tarix 18 iyl 2025 [email protected]
Обязанности:
- Бронирование и продажа авиабилетов через системы Galileo и Amadeus
- Ведение отчётности по продажам
- Эффективная коммуникация с клиентами и своевременная обработка запросов
Требования:
- Опыт работы с Galileo и/или Amadeus обязателен
- Уверенное владение MS Office и Outlook
- Свободное знание азербайджанского и русского языков, английский — преимущество
- Внимательность, ответственность, умение работать в команде
- Опыт в туристической сфере от 1 года
Условия:
- График: чередование графиков 5/2 и 6/1
- Заработная плата: 700–1000 AZN + бонус
- Дружный коллектив и стабильная компания
CV отправлять с темой «Агент по продаже билетов» на электронный адрес в кнопке Откликнуться.