Bank
Müşahidə şurası ofisinin meneceri
Son tarix 20 mar 2025 - [email protected]
Əsas Vəzifələr:
- Müşahidə Şurası və digər idarəetmə orqanlarının işinin dəstəklənməsi: Müşahidə Şurası və komitələrin iclaslarının təşkili və idarə olunması, o cümlədən iclasların
- planlaşdırılması, gündəliyin hazırlanması və materialların paylanması.
- Müşahidə Şurasının və onun komitələrinin səmərəli fəaliyyətinə dəstək göstərmək; korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək və bankın korporativ idarəetmə strukturunu gücləndirmək üçün tədbirlər müəyyən etmək;
- Sənədlərin idarə olunması: İclas protokolları, reyestrlər və normativ sənədlər də daxil olmaqla, bankın korporativ sənədlərinin dəqiq və aktual şəkildə saxlanılması.
- Normativ tələblərə riayət edilməsi: Bankın Mərkəzi Bankın korporativ idarəetmə standartlarına və digər müvafiq normativ tələblərə uyğun fəaliyyət göstərməsini təmin
- etmək.
- Kommunikasiya əlaqələndirilməsi: Müşahidə Şurası, komitələr və İdarə Heyəti ilə kənar tərəflər, o cümlədən tənzimləyici qurumlar və səhmdarlar arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək.
Tələblər:
- Təhsil: Hüquq, iqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil;
- Təcrübə: Maliyyə bazarları sahəsində azı 3 (üç) illik iş təcrübəsi;
Bilik və bacarıqlar:
- Azərbaycan və ingilis dili biliyi
- Korporativ idarəetmə standartlarına dair dərin bilik;
- Təşkilati və analitik düşüncə qabiliyyəti;
- Ünsiyyət bacarıqları və kollektivdə effektiv işləmə qabiliyyəti;
- Məlumatların obyektiv və müstəqil təhlili üzrə bacarıqlar.