AZSOFTWARE SYSTEM
Baş biznes analitik
Son tarix 22 okt 2023 [email protected]
Təsvir:
- Təşkilatlarda İnformasiya texnologiyaları (IT) sistemlərini və proseslərini təkmilləşdirmək imkanlarını müəyyənləşdirmək;
- IT sistemlərinin layihələndirilməsi və saxlanmasına cavabdeh olan texniki qruplarla kommunikasiyalı şəkildə işləməklə, tələb və istəkləri toplayaraq təşkilatın mövcud imkanlarını nəzərə almaqla modelləşdirmə alətləri və təhlil metodları vasitəsi ilə prosesləri təsvir etmək.
- İT layihələrin planların planlaşdırılmasıvə təkmilləşdirilməsinə dair təklifləri, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
- Təşkilatın strategiyasını, fəaliyyət istiqamətlərini və bazar yanaşmalarını analiz etməklə rəqəmsallaşma proseslərin təyin etmək.
- Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla sahə üzrə araşdırmalar aparmaq;
- Mövcud informasiya resursları və istifadə olunan texnologiyaların ekspertizasını aparmaq;
- Biznes proseslərin analizi, use-case və digər diaqramlar əsasında tələblərin təyin edilməsi, biznes analistlər üçün effektiv ünsiyyət formasının, biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT komandalarla ilə əməkdaşlıq etmək;
- Layihə menecerləri, məhsul sahibi, İT yazılım komandaları və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
- Texniki məlumatların qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
- Müvafiq sahə üzrə qanunvericilik və normativ aktları dərindən başa düşmək;
- Rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsi;
- Texniki bilgilər (Proqram təminatının arxitekturası, SQL, Data baza, UI/UX dizayn, Proqram təminarları) "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN, müasir alətlərdən bir və ya bir neçəsi üzrə praktiki bacarıqlara malik olması.
- Yazılı və şifahi ünsiyyət bacarıqları, peşəkar təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq;
- Analitik düşüncə və detallara diqqət bacarığı.
- İngilis dili biliyi – yüksək texniki səviyyədə; Rus dili biliyi - orta səviyyədə;
- Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.
Əmək haqqı: 2000 AZN.
Data təhlili üzrə mütəxəssis
Son tarix 22 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
- Çirkli məlumatların təmizlənməsi
- Data və SQL sorğuların optimallaşdırılması
- ETL proseslərin yazılması
- Datanın məlumat anbarında (DWH) saxlanılması və idarəolunmasıi
- Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
- Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq
Vəzifə üzrə tələb olunan kompetensiyalar:
- MSSQL və PostgreSQL sorğu dilləri ilə yüksək səviyyədə işləmə bacarığı;
- Böyük məlumat bazaları ilə işləmə bacarığı;
- PowerBI vizuallaşdırma proqramları vasitəsilə iş təcrübəsi;
- Power Query, Power Pivot və DAX ilə işləmə bacarıqları.
- Data vizuallaşdırma Power BI bilikləri;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
- Komanda ilə işləmək və sərbəst araşdırmaq qabiliyyəti;
- Python, R, ETL toollar üzrə biliklərin olması.
- Yüksək səviyyədə MS Excel biliyi olmalı;
- İT biliklər: Microsoft Excel, PowerBI (DAX, Power query), MsSQL, PostgreSQL, ETL tool, Python
Kvalifikasiyalar:
- Ali təhsilli (Data Science, Statistika, Kompüter Elmləri, Kompüter mühəndisliyi,Tətbiqi Riyaziyyat və ya müvafiq sahə üzrə)
- Müvafiq sahədə minimum 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (orta səviyyə)
- Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Komanda ilə işləmək bacarığı
Əməkhaqqı: 1500-2500 AZN
Əməkhaqqı namizədin iş təcrübəsi, bilik və bacarıqları nəzərə alınaraq müsahibə əsnasında formalaşdırılacaq.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini vakansiyanın adı qeyd olunmaqla mail ünvanına göndərmələri xahiş olunur.