Azərbaycan Dəmir Yolları
Risk inzibatçılığı üzrə mütəxəssis
Son tarix 30 sen 2024 - Müraciət et
Təsvir:
- Əməliyyat və maliyyə riskləri üzrə cari sahiblərin aşkar edilməsi və onlar tərəfindən risklərin səmərəli idarə edilməsi barədə əminliyin əldə edilməsində iştirak etmək;
- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsinin təşkilində, risklərin idarə edilməsi üzrə siyasət və qaydaların tətbiqi vəziyyətinin qiymətləndirilməsində, onları zərurət üzrə təkmilləşdirməsində iştirak etmək;
- Risklərin idarə edilməsi məqsədi ilə ADY-nin digər struktur bölmə və qurumlarından alınmış məlumatları təhlil etmək, müxtəlif sahələrdə riskləri müəyyən etmək və onları vaxtaşırı qiymətləndirmək;
- Risklərin effektiv idarə edilməsi üçün onların qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər vermək;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə təkliflər vermək;
- ADY risk iştahası bəyannaməsini hazırlanmasında iştirak etmək;
- Məhsul, xidmət və ya proses üzrə risklərin azaldılması tədbirlərindən sonra qalıq risklərin qiymətləndirilməsini aparmaq;
- Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri təqdim etmək;
- Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmalar aparmaq və hesabatlar hazırlamaq;
- Risk hadisələri ilə bağlı məlumatlar toplamaq, arxivləşdirmək və təhlil etmək;
- Əsas risk göstəricilərini toplamaq, təhlil etmək, risklərə qarşı görülən tədbirlərin hazırlanmasında iştirak etmək, habelə həmin tədbirlərin cari statusu barədə məlumatları toplamaq və hesabat formasına gətirmək
Tələblər:
- Tәhsil pillәsi: Ali (Müvafiq sahə üzrə);
- Dil bilikləri: Rus dili - orta, İngilis dili – orta;
- Risklərin idarə edilməsi üzrə ISO 31000-2018 və COSO ERM standartları üzrə biliklər;
- Analitik düşüncə tərzi;
- Komandada işləmək və yüksək kommunikasiya bacarıqları;